Filimona 1
Filimona 1Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona, 2bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam! 3Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! Şükür və dua 4Dualarımda səni yada salıram və Allaha daima şükür edirəm. 5Çünki Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm. 6Sən Məsihdə malik olduğumuz hər xeyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqda fəal olmağın üçün dua edirəm. 7Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi. Paulun Onisim üçün xahişi 8Buna görə münasib olanı sənə buyurmağa Məsihdə böyük cəsarətim olsa da, 9indi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarıram. 10Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var. 11O bir vaxtlar sənə yararsız idi, amma indi həm sənə, həm də mənə yararlıdır. 12Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm. 13Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim. 14Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun. 15Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, 16artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır. 17İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et. 18Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz. 19Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm. 20Bəli, qardaş, Rəbdə mənə bir yardımın olsun. Ürəyimi Məsihdə təravətləndir. 21İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən. 22Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam. Xudahafizləşmə 23Məsih İsada olub mənimlə birgə həbs olunan Epafra, 24əməkdaşlarım
|