Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    Qurandakı insan sözləri

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    Qurandakı insan sözləri Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    Qurandakı insan sözləri Empty Qurandakı insan sözləri

    Сообщение автор Elshad ben-ELshaday Сб Июл 09, 2016 4:33 pm

    Məhəmməd peyğəmbərin dövründə elə olurdu ki, müsəlmanlar bir fikir bildirərdi və onların sözləri olduğu kimi Qurana əlavə edilirdi, bunun da çoxlu sübutu var.Bunlardan ən çoxu Həzrəti Ömərlə bağlıdı.Həzrəti Ömərin vəhyə səbəb olması barədə bir çox İslam yazıçıları yazıb.Əl-Suuti “Al-İtkanti üluum Al-Quran” kitabının 38-ci səhifəsində bundan bəhs edir ki, Əl-Tülmuzi Həzrəti Ömərlə bağlı rəsulallahın bunları söylədiyini deyir ”Tanrı həqiqəti Həzrəti Ömərin  ürəyinə və dilinə qoymuşdu”.İbn Ömər deyir ki; “Həzrəti Ömərin dediyi şəkildə vəhy edilən Quran qədər insanlığa vəhy edilən bir şey olmamışdı.İbn Vardava Mücahiddən bunları söyləyir; “Həzrəti Ömər bir fikir bildirərdi, və o fikir olduğu kimi Quranda yer alırdı. Əl-Suuti deyir ki; “Ömər dedi ki, 3 mövzu haqda Rəbbimlə həmfikirdim.Mən dedim ki, ey Allahın rəsulu, kaş ki, İbrahimin məqamını  bir dua yeri olaraq qəbul edilsəydi”.Və beləcə bu ayə nazil edildi.”Siz də İbrahimin məqamını özünüzə bir namaz yeri edin” dedi.Bundan əvvəl isə Yerusəlimə tərəf namaz qılırdılar.Ömərin dediyi ikinci şey budur, “Dedim ey Allahın rəsulu, doğru adam da, doğru olmayan adam da sənin zövcəni görür, zövcələrinə örtünmələrini buyurmanı dilərdim” Və beləcə örtünmə haqda olan ayə nazil oldu.Bunları söylən Əl-Buxaridi.”3-cü şey isə bir budur, bir gün Allahın rəsulunun zövcələri qısqanclıq üstündə sözləşdiyinə görə peyğəmbər gedib məsciddə qalmışdı, mən də onlara belə dedim, əgər peyğəmbər sizi boşarsa Rəbbi sizin yerinizə ona daha yaxşı zövcələr bəxş edəcəkdir”. Buna aid bir başqa ayə nazil olundu.İbn Hatəm dedi ki, Ömər belə deyib; “Rəbbimlə həmfikirəm, ya da Rəbbim mənimlə həmfikirdi”.
    Əl-Suuti yazır ki, Ömər ibn Xəttabla bir yəhudi mübahisə edirmiş və o yəhudi həzrəti Ömərə  demiş ki, “Dostlarınızın bəhs etdiyi  o Cəbrayıl bizim düşmənimizdi”.Və Ömər ona belə cavab verib, “Hər kim Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrayıla, Mikayıla düşmən olursa, bilsin ki, Allah da inkar edənlərin düşmənidir!” Və beləcə yenə Quran ayəsi nazil olar.
    Şərab əvvəlcə təkcə həzrəti Ömər üçün qadağan olunmuşdu.Məhəmməd peyğəmbər şərab içərdi, məsciddə belə və ona şərabı Aişə gətirərdi, bu bir çox etibarlı sayılan İslam hədislərində yazılıb.Amma bu Ömərin xoşuna gəlmirdi.Əl-Vahiddin “Əhzab nəzul Əl-Quran” adlı əsərinin 74-cü səhifəsində yazır ki, İbn İshaqın Ömər ibn əl Xəttabdan eşitdiyinə görə bir gün o belə demişdi:”Ey Allahım, şərab barəsində bizə gərəkli sözü ver”.Və həmən sonrasında ikinci surə olan Bəqərədəki ayə nazil olundu – “Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində böyük günah və insanlar üçün mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür».(2:219)” Rəsulallah onu yanına çağırıb ona həmən ayəni oxumuş, amma o vəhy xoşuna gəlməmişdi, bir də demiş ki, “Ey Allahım, şərabla bağlı bizə gərəkli sözü de”.Və sonra da Nisa surəsindəki ayə nazil olundu “Ey iman gətirənlər, sərxoş halda nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın.. “(4:43) Və həzrəti Ömər bir də demişdi ki, “Ey Allahım, şərabla bağlı bizə yetərli bir ayə ver!” Və beləcə şərabla bağlı üçüncü ayə, yəni qadağa ayəsi nazil olundu, və rəsulullah Öməri dəvət edib ayəni ona oxudu...Beləcə içmiyəcəksiniz  dediyi yerə gəlincə həzrəti Ömər içməyəcəyik dedi.Beləliklə, Ömər içki barədə 3 dəfə vəhyin nazil olmasına yol eçdı..Bulardan başqa da bir neçə Ömərlə bağlı ayə var.
    Əl-Suuti yazır ki; “Ühud döyüşündəki məğlubiyyətdən sonra müsəlmanlar geri dönürdülər, və müsəlman qadınlar ərlərinin qayıtmasını gözləyirdilər.Qadınlardan biri geri çəkilənlərdən soruşmuş ki, rəsullallaha nə oldu? Onlar isə belə vavab verdilər, yaşayır, sağdır.Qadın isə belə demişdi, o zaman ərimə nə olduğunun fərqi yoxdu, Allah şəhidlərini qulları arasından qəbul etsin!”.Və bu qadının sözləri bir ayə kimi nazil olundu...
     
    İbn Saat “Al-Tabakat al-kobra” adlı kitabında belə demişdi;” Musab ibn Ömər bayrağı götürmüşdü, bu kişi Ühüd döyüşündə ordunun bir döyüşçüsü idi, sağ əli kəsikdi və bayrağı sol əliylə tutmuşdu.Və o demiş ki, Həzrəti Məhəmməd sadəcə bir elçidir, ondan öncə də elçilər gəldi, əgər Həzrəti Məhəmməd ölürsə, ya da öldürülürsə keçmiş yollarınıza qayıdacaqsınızmı?” Çünki müsəlmanların hamısı döyüş meydanından qaçmışdı, sonra sol əli də kəsildi, və öldürüldü, bayraq yerə düşdü.Məhəmməd ibn Şərabinin dediyinə görə o ayə, yəni “Həzrəti Məhəmməd sadəcə bir elçidir...”  ayəsi hələ nazil olmamışdı və sonra nazil olundu...
    Əl-Vahiddinin yenə həmin əsərinin 342-ci səhifəsində belə deyilir; “Zahid ibn Əshab Həzrəti Məhəmmədin evinə girməmə fikrinin sahibidir, ayə beləcə enmişdi”.33-cü surə Əshab surəsinin 53-cü ayəsində  belə deyilir “Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır.Onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın”.
    Bütün bunlar son deyil, Quranda şairlərin şerləri də var, ancaq bu barədə başqa bir mövzuda.
    Bir neçə sual yaranır:
    1.Quran Allahın Məhəmmədəmi vəhyidir, yoxsa insanların Məhəmmədə?
    2.Yoxsa Allah insanların fikirlərini bəyənərək onların sözlərini Qurana əlavə etdirib?
    3.Yoxsa da Məhəmməd insanların sözlərini bəyənərək onların sözlərini Qurana əlavə edib?
    Amma çox qəribədir, onda Quranın Nəcm surəsinin bu ayəsini necə anlamaq olar? “Quran ancaq özünə bildirilən bir vəhydir”.

      Текущее время Пн Ноя 18, 2024 7:51 pm