Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    Məsihın qulu
    Məsihın qulu
    עולה חדש
    עולה חדש

    Əvəz-əvəz Ukrain10
    Дата рег : 2017-04-30
    Вера : mesihçi
    Сообщения : 24
    Благодарности : 1
    Пол : Мужчина

    Əvəz-əvəz Empty Əvəz-əvəz

    Сообщение автор Məsihın qulu Вс Апр 30, 2017 4:42 pm

    Əvəz-əvəz E96bff_f5a3f0a3c01f43f8b8647cc17623144a

    Əvəz-əvəz.
     
    Allah zalımlığı  heç vaxt sevməz, insan kiməsə qarşı ədalətsizlik edibsə, Allah uzun illər keçsə də onu çəzasına çtdıracaqdı. Xalqlar da belədi, əgər bir xalq başqasına qarşı müharibə edirsə və onun torpaqlarını işğal edirsə, 300, və yaxud da 1000 il keçsə də Allah o xalqı cəzalandıracaq, həm də həmin məğlub olan xalqın əlilə.Gəlin tarixə bir nəzər salaq. Osmanlı imperiyası 624 il mövcud olub, bu imperiya ilk 300 ildə hansı xalqı məğlub edib, ölkəsini də alt-üst edibsə, sonrakı 300 ildə həmən xalqlara da məğlub olub, və rüsvay olub.Serbləri, avstriyalılar, macarları, bolqarları, yunanları və başqalarını darmadağın etsə də, sonralar həmin xaıqlara da darmadağın olub.Xəzər türkləri slavyan ölkəsini 300 ildə əsarətdə saxlasa da, sonra Allah onları slavyanların əlilə yelə yeksan etdi, və yaşadıqları yerləri də onlara verdi.Və bir çox misallar da çəkmək olar.Ya İman əhli, Allahın gözündə bütün xalqlar birdi, bütün xalqları O yaradıb, və hamısını O dillər bölüb və hamısını da sevir. Allahda ayrıseçkilik yoxdu, və Allah ədləti sevir.Zalımları heç vaxt cəzasız buraxmaz.İndi çox həssas bir mövzuya toxunmaq istəyirəm.Çox deyirlər ki, itin (yəni ermənistanın) yiyəsi var, amma müsəlmanın (yəni bizim) Allahı.Yaxşı, bəs elədirsə, niyə Qrabağ müharibəsində yiyəsi olan it qalib gəldi??? Cavabı mənim yuxarıda yazdığımda tapmaq asandır.Unutmayın ki, Müqəddəs Kitabda yazılıb ki, hər qələbə Allahdandır.Həqiqətən insan Allahı sevərsə, Allah ona bir çox sirləri açar, və O bizi öyrətməkdən zövq alır.

      Текущее время Пн Ноя 18, 2024 10:53 pm