Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)

    Mesihçi 313
    Mesihçi 313
    סקרן
    סקרן

    İsanın doğulması və adının verilməsi (Matta 1:18-25) Sweden10
    Дата рег : 2017-05-03
    Вера : xristian
    Сообщения : 111
    Благодарности : 1
    Пол : Женщина

    İsanın doğulması və adının verilməsi (Matta 1:18-25) Empty İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)

    Сообщение автор Mesihçi 313 Ср Май 03, 2017 4:08 pm

    MATTA 1:18 
    18 İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu.
     (bax. Luka 1:26-38)
    Bakirə Məryəm kiçikliyindən Allahın Kəlamını əzbər öyrənirdi. Onun həmdləri, Tövratı və Peyğəmbərlərin Yazılarını lap yaxşı bildiyini göstərir. Müqəddəs Ruh onu Allahın izzəti və hikmətli işləri barədə böyük şəhadətə ilhamlandırırdı. Ola bilsin ki, Məryəm başqa qızlar kimi ərə getməkdə əmin-amanlıq görürdü, odur ki dülgərlə nişanlanmağa razı oldu. Allahın qədim xalqı nişanı qanuni olaraq bağlanan nikah sayırdı, buna görə Yusif qızın «əri» (a. 19; orijinalda ər), Məryəm də onun «arvadı» (a. 20) olaraq adlanır.
    Niyə İsa bakirədən, nişanlanmış bakirədən doğuldu?


    1. Qəribə təlimlər yayan, «evlənməyi qadağan edən» (1Tim. 4:3) yalançı müəllimlərin əksinə, «hər kəsin nikaha hörmətlə yanaşması» (İbr. 13:4) üçün nikahı təqdis etmək.
    2. Bəxtiyar sayılan Bakirənin şərəfini qorumaq üçün, axı o, nişanlısı olmadan bakirə ikən hamilə qalsa idi, çox ittiham və məzəmmətlərə məruz qalardı. Allah onun hamiləliyini nişanla qorumağı lazım bildi, belə ki heç kəs ona şübhə ilə baxmasın.
    3. Bəxtiyar sayılan Bakirənin hələ çox gənc yaşında sadiq müəllimi olsun, sirdaşı, səfərlərində yol yoldaşı olsun, onunla qayğılarını bölüşən, ona münasib olan bir köməkçisi olsun.

    [size]
    Günlərin birində mələk Cəbrayıl Məryəmə görünərək elan etdi ki, Allah Özü onu seçib və onun Müqəddəs Ruhdan uşağı olacaq. Bu xəbər Bakirəyə dərindən təsir etdi, lakin o həlim və itaətkar olub, Allahın Kəlamına inandı. Hamiləliyi bəşəri yolla olmadı, çünki Müqəddəs Ruh Öz varlığında müqəddəsdir. Kim deyirsə ki, Allah Məryəmi Özünə arvad aldı və o, Allaha övlad doğdu, bağışlanmaz bir küfr söyləyir. Məlum olduğu kimi, müasir biologiya dünyəvi atası olmayan bir uşağın bakirədən doğulma ehtimalını inkar etmir (buna "klonlaşdırma" deyirlər). Lakin müqəddəs Ruhdan doğulan hər kəs bu sirri başa düşür və İsanın mübarək Məryəmdən dünyaya gəldiyini bir həqiqət kimi qəbul edir.
    Məryəm izzətli planına görə Allahı ucaltdı. Eyni zamanda o bu vəziyyətə görə narahat idi: Görəsən, nişanlısı ona nə deyəcək? O ona inanmayacaq və onun bütün izahatları ona qəribə uydurma kimi gələcək. Buna görə Məryəm susdu və Allahın ona şahid olacağına ümid bağladı. Qız sakitcə dua edirdi və nişanlısının dərindən kədərləndiyinə görə əziyyət çəkirdi. Musanın Qanununa görə zina edən qızın və ya qadının daşlanmalı olduğunu bilirdi. Lakin o, Xilaskarı Allaha iman etmiş və ümid bağlamışdı və onun imanı imkansız olanı mümkün etdi: onun daxilində Allahın Oğlu bəşər oldu. Bu böyük imanına görə dünyanın hər yerində bütün nəsillər Məryəmi izzətləndirir. Biz də ondan Allaha tamamilə güvənməyi öyrənirik. Məhz buna görə Məryəm İsanın nəsil şəcərəsindəki iman qəhrəmanları içində son halqa olmuşdur.
    DUA: Sənə səcdə edirik, ey əzəli Allah, çünki Sən Bakirə Məryəmdə Müqəddəs Ruhunla məskən saldın və onun daxilindən Öz Oğlun İsanı dünyaya gətirdin! Bu möcüzəni öz ağlımızla, öz məntiqimizlə dərk edə bilmirik, ancaq Sənə həmd və şükür edərək səcdə edirik, çünki Sən bizim ruhən doğulmamızı gerçəkləşdirdin və biz Sənin Kim olduğunu və eləcə də Oğlunun və Müqəddəs Ruhunun Kim olduğunu anladıq və Ruhunun nə qədər böyük və əzəmətli iş etdiyini dərk etdik!
    SUAL:
    [/size]

    1. Məryəmin Müqəddəs Ruhdan İsaya hamilə qalması nə məna verir?

    Mesihçi 313
    Mesihçi 313
    סקרן
    סקרן

    İsanın doğulması və adının verilməsi (Matta 1:18-25) Sweden10
    Дата рег : 2017-05-03
    Вера : xristian
    Сообщения : 111
    Благодарности : 1
    Пол : Женщина

    İsanın doğulması və adının verilməsi (Matta 1:18-25) Empty Re: İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)

    Сообщение автор Mesihçi 313 Ср Май 03, 2017 4:09 pm

    MATTA 1:19-20 
    19 Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20 Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır.

    Mömin bir gənc adam olan Yusif dülgər işləyir və ailə saxlaya bilirdi. Məryəm, onun xoşuna gələn mömin və gözəl qız idi. Yusif Məryəmin ailəsinin razılığını aldıqdan sonra, onlar nişanlandılar.
    Yusif "saleh" bir adam idi, Məryəm də fəzilətli və xeyir-dualı bir qız idi. Bu nümunə bütün imanlıları «imansızlarla eyni boyunduruğa girməməyə» çağırır. Möminlər yalnız möminlərlə ailə qurmalıdırlar, o zaman Rəbb onların ailələrini təqdis edəcək və ər-arvad kimi onlara xeyir-dua verəcək.
    Biz həmçinin bunu da öyrənirik ki, nikah bağlamadan öncə yaxşı düşünmək və tələsməmək lazımdır. Toydan əvvəl oğlan və qız müəyyən bir müddət nişanlı olaraq qalmalıdırlar, çünki tələsik bağlanan nikaha görə peşman olmaqdansa, buna tam əmin olmaq üçün düşünməyə daha çox vaxt ayırmaq yaxşıdır.
    Nişanlısının onunla yaxınlıq etmədən öncə hamilə olduğunu görən Yusif gözlərinə inana bilmirdi. Buna tam əmin olduqdan sonra, ürəyində qəzəb ilə məhəbbət arasında mübarizə başladı. Onu qara şübhələr və dərin kədər çulğaladı. Qızın hamiləliyi hamıya aydın olandan sonra Yusif Məryəmlə münasibətlərinin qanuni tərəfini düşünməyə başladı, axı mömin yəhudi "zinakar" qadınla evlənməməli idi. Yusif ya onu camaat arasında rüsvay edə bilirdi (bu halda Məryəm, romalıların qanununa görə daşlanmazdı, amma rüsvay olardı), ya da ona gizlicə talaq kağızı verə bilirdi ki, sevdiyi başqa oğlana ərə getsin.
    Həvva qızlarından heç biri Bakirə Məryəm qədər böyük şərəfə nail olmayıb; lakin eyni zamanda Məryəm ən murdar işlərdə günahlandırıldı. Ancaq biz Məryəmin bu ittihamlara görə əziyyət çəkdiyini görmürük, əksinə, o günahsız olduğunu bilib, rahatlanırdı və öz işini "Adil Hakim"in əlinə verirdi.
    Təmiz vicdanla yaşamağa öyrəşən adamlar Allaha güvənirlər ki, Allah onların şərəflərini qoruyacaq və nəinki dürüstlüklərini göstərəcək, hətta, salehliklərini nur kimi aydınlaşdıracaq və həqiqətlərini gündüz günəşi tək çıxaracaq.
    Yusif Məryəmi həqiqətən sevirdi və onu gizlicə buraxmağa hazır idi, sanki təqsir Məryəmdə deyil, özündə olmuşdu. Bu bizə Yusifin yüksək əxlaq və şərəfini göstərir. Təsəvvür edin, Yusif bütün ürəyi ilə inandığı, çox yüksək qiymətləndirdiyi bu qızın belə murdar və əxlaqsız bir işdə şübhəli olduğunu biləndə, nə qədər ruhi əzab çəkdi, nə dərəcədə çaşqın və məyus oldu. O, gözlərinə inana bilmirdi: məgər onun sevdiyi Məryəm belədir? Çox yüksək qiymətləndirdiyimiz insanlarda necə də yanıla bilirmişik! Ən çox ümid bəslədiyimiz insanlardan necə də məyus ola bilirmişik! Yusif əvvəllər fəzilətli saydığı bu qız barəsində istər-istəməz pis düşünməyə başladı. Ancaq iş lap ciddi idi; belə iş üçün heç üzr ola bilməzdi. Hər şey aydın idi, heç bir izahata, üzr gətirməyə gərək yox idi. Yusifin ürəyində hər kişiyə xas olan qısqanclıq ilə Məryəmə qarşı məhəbbəti arasında qızğın mübarizə gedirdi. Yusif Məryəmi rüsvay etmək istəmədiyinə görə, sərt hərəkətlərdən özünü saxladı. O sərt davrana bilərdi, çünki Qanunda yazılıb ki, «Əgər nişanlı bir qız öz nişanlısına xəyanət etsə, onu daşqalaq edib öldürün» (Qanun. 22:23-24). Lakin Yusif Məryəmin qisasını almaq üçün Qanundan istifadə etmək istəmirdi. Qız ona qarşı günah etmişdisə, o camaatın bunu bilməsini istəmirdi. Yusif ilə Yəhuda arasında nə böyük fərq var! Yəhuda gəlini Tamarın hamilə olduğunu biləndə tez onu mühakimə etdi: «Onu çıxarıb yandırın» (Yar. 38:24). Yusif kimi düşünmək çox faydalıdır. Biz başqalarını pisləməyə, tənqid etməyə tələsməsəydik, amma daha çox düşünsəydik, insanlarla daha şəfqət və mərhəmətlə rəftar edərdik.
    Müqəddəs Kitabda "camaat arasında rüsvay etmək" qısasın bir formasıdır. Bu qisasın məqsədi, başqalarına xəbərdarlıq etməkdir. Beləcə qisas başqalarına ibrət dərsi olur.
    Bu əhvalat bizə günahkarları necə məzəmmət etməyi öyrədir – camaat qarşısında uca səslə məzəmmət etmək yaxşı deyil. «Hikmətli adam pıçıltı ilə söz deyir» (Vaiz 9:17). Məsihi məhəbbəti və hikməti bir çox günahları, hətta ən iyrənc günahları belə örtür, lakin imanlının belə günahlarda iştirak etməsinə yol vermir.
    Yusif öz nişanlısına həqarətlə baxmırdı, lakin ona görə dua edirdi, çünki Allahdan başqa heç kimin ona kömək edə bilməyəcəyini bilirdi. Ən çətin bir zamanda Allahın göndərdiyi mələk Yusifə görünüb, «Davud oğlu Yusif!» deyə müraciət etdi və Yusifə padşahlıq nəslindən olduğunu xatırlatdı. Mələk Yusifin qorxularını aradan götürdü ki, Allah, insan və qanunlar qarşısında qorxu içində yaşamasın, çünki bu vəziyyətdə nə özünün, nə də nişanlısının günahı var idi.
    Sonra mələk Yusifə xatırlatdı ki, nişan qanunlarına görə Məryəm onun arvadıdır. Bu sözlərdən sonra mələk Məryəmi "Bakirə" olaraq adlandırmadı, ancaq izah etdi ki, bətnindəki körpə Allahın müqəddəs iradəsinə uyğun olaraq Müqəddəs Ruhdandır. Bundan əlavə, Mələk Yusifə buyurdu ki, Məryəmi özünə arvad etsin və Qanuna görə onu himayə altına alsın, çünki Allah istəmədi ki, Körpə İsa zinakar sayılan bir qadından doğulsun. Məryəmin qanuni bir ailənin himayəsi altında olmasını istədi. Allah-Taala şəfqətli əlini uzadıb, bu nişanlı cütlüyə xeyir-dua verdi.
    Yusif yuxuda mələyi görəndən sonra inanmalı idi ki, Allah təbiət qanunlarına zidd olaraq Məryəmdən həqiqi insan və həqiqi Allah olan Körpəni dünyaya gətirəcək.
    Allahın yolunu axtaran hər kəs bu şeylər haqqında özü götür-qoy eləyib müəyyən qənaətə gəlməlidir. Allah düşünməyəni haqq yoluna gətirməz, düşünəni gətirər. Allah Öz xalqına haqq yolunu göstərdiyi halda, xalq çaşırsa, demək bu xalqın hiyləgərliyi üzə çıxır. Adamın ağlında çaşdırıcı fikirlər çoxalanda, Allah onun ruhunu təskin edir.
    Qurani Kərimdə də Məryəmin Məsihə hamilə qaldığı barədə gözəl bir ayədə oxuyuruq: «Biz Öz Ruhumuzdan ona üfürdük». Bu sözlər Məsihin bütün insanlar kimi cinsi əlaqə nəticəsində doğulmadığını, lakin Allahın Ruhundan olduğunu təsdiqləyir! (Ənbiya surəsi, 21:91).
    DUA: Sənə səcdə edirik, ya Allah, Səmavi Atamız, çünki Sən biz insanları rədd etmədin, lakin Oğlun vasitəsilə günahlı bədənimizi Öz üzərinə götürərək yanımıza gəldin! Bizimlə olduğuna görə Sənə həmd edirik və Bakirə Məryəmin bətnində Müqəddəs Ruhdan yaranan Körpəyə görə şadlanırıq! Ey Atadan çıxan Ruh, gəl, bizim içimizdə məskən sal! Qoy biz Sənin əbədi həyatınla canlanaq və yaşayaq! Amin.
    SUAL:

    1. Niyə mələk Yusifə Məryəmi özünə arvad etməyi buyurdu?

    Mesihçi 313
    Mesihçi 313
    סקרן
    סקרן

    İsanın doğulması və adının verilməsi (Matta 1:18-25) Sweden10
    Дата рег : 2017-05-03
    Вера : xristian
    Сообщения : 111
    Благодарности : 1
    Пол : Женщина

    İsanın doğulması və adının verilməsi (Matta 1:18-25) Empty Re: İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)

    Сообщение автор Mesihçi 313 Ср Май 03, 2017 4:10 pm

    MATTA 1:21 
    21 Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək.
     (Bax həmçinin: Luka 2:21)

    Mələk Yusifə bildirdi ki, Məryəm qız deyil, Oğul doğacaq və bu Oğula Allah tərəfindən əzəldən müəyyən olunmuş adı vermək Yusifə nəsib olacaq. Bunun üçün Yusifdən, əlbəttə, iman tələb olunurdu. Yusif bu ilahi adın tam mənasını doğrultacağına inandı.
    İsa adının mənası «Rəbb nicat verir, Rəbb xilas edir». Bu, sadəcə olaraq İsanın adı deyil, Onun Şəxsiyyətinə dair vəhydir. Bu ad İsanın sadəcə olaraq xalqın Padşahı olmadığını, həm də xalqın Allahı olduğundan xəbər verir. Çünki Öz xalqını günahlarından xilas edən Padşah deyil, Rəbdir (Zəb. 51). O onları Davud və ya başqa qədim qəhrəmanlardan fərqli olaraq, bəşəri düşmənlərindən deyil, günahlarından xilas edəcək. Əzəli Olan artıq bizi həlak edən qəzəbli Hakim deyildir, çünki İnsan olan İsanın Şəxsində bizə Rəbbin misli olmayan yardımı təqdim edildi. O, günahkarlardan uzaq qalmadı, amma bizə yaxınlaşdı və bizim aramızda çalışdı. Həqiqətən, Allahın günahkarlara qarşı məhəbbəti "İsa" adında ifadəsini tapdı. Bütün səmavi qüvvələr və xilas məqsədləri bu heyranedici adda cəmləndi. Allahın nicatını, yardımını bütün insanlar dadmaz, yalnız Onun xalqı dadar. Allahın xalqı müəyyən bir millət deyildir, lakin günahlarından tövbə edib ürəyini açaraq Onun xalqına daxil olmaq fürsəti bütün insanlara verilir. İsaya iman edən saleh sayılır. Sən bu saat Allahın xalqına daxil ola bilərsən, bunun üçün sadəcə olaraq İsanı qəbul edib özünü Ona həsr etməlisən. Göydə və yerdə İsa adından gözəl bir şey yoxdur, axı İsa adı sənə xəbər verir ki, Allah Özü sənin qayğına qalır və sənə yardım edir.
    İsanın Öz xalqına verdiyi yardım nədir? Günahlarından xilasdır! Günahlarını etiraf edən, bütün murdar işlərinə peşman olan ən böyük möcüzəni – İsanın günahlarımızı Öz üzərinə götürən və məhv edən Allah Quzusu olduğunu qavrayır. O, Külli-İxtiyardır, çünki indi O Atası ilə birlikdə izzət içində oturur. O, əbədiyyətdə bizim satın alınmağımızı gerçəkləşdirməyə və Öz Ruhunu imanlılar üzərinə tökməyə müvəffəq oldu. Biz yeni yaradılış olduq. İsa yeganə Nicatkarımızdır, Xilaskarımızdır. Bəşəriyyət üçün İsadan başqa ümid yoxdur. O sənin təqsirlərini bağışladı və səni tam xilas etməyə qadirdir, çünki O həmişə yaşayır! Qəlbini Onun lütfünə aç və sənə verdiyi bu lütfə görə həmd və şükür et!
    Heç bir insan, heç bir cin Allahın Oğlu İsanın bizi satın almasına mane ola bilməyib! Heç bir pis ruh bizi Onun güclü əlindən qapa bilməyəcək! Şübhəsiz, Allahın planları yerinə yetməyə davam edəcək, Allahın Oğlu tövbəyə hazır olan hər kəsi xilas edib Öz quzu sürüsünə qəbul edəcək. Biz mələyin şəhadətini təsdiqləyirik, çünki son iki min il boyunca Allahın xalqı xeyli böyüyüb və böyüməyə davam edir. Bəs sən xilas olmusanmı? Sınmış qəlblə tövbə eləyib Ona iman edərək xilasını qəbul etmisənmi? Ürəyin, səni satın almış Xilaskara görə sevinirmi və düşüncən bu sevincin təsiri ilə dəyişilirmi? Əgər sən xilas olmusansa, get bütün qardaş-bacılarını, dost-tanışlarını çağır ki, onlar da İsanın xilasını dada bilsinlər, çünki O iman edən hər kəsi xilas etməyə qadirdir və Onun qürdəti hədsizdir!
    DUA: Sənə səcdə edirik, ya Rəbb İsa, uca Xilaskar, zira Sən bizi xilas etmək üçün doğuldun, bizə həqarətlə baxmadın, əksinə, bizi sevdin və təqsirlərimizi tamamilə məhv etdin. Bizə Sənin qüdrətinə, bizimlə olan hüzuruna iman etməyi öyrət ki, biz hər cür haqsızlıqdan azad olub, mübarək adın naminə müqəddəs həyat sürək! Dostlarımızı da, düşmənlərimizi də Öz xilasına cəlb et və qoy onlar həlak olmasın, amma əbədi həyata nail olsunlar!
    SUAL:
    [list="color: rgb(0, 0, 0); font-family: Arial, Helvetica, sans-serif; font-size: 14.6667px; background-color: rgb(255, 255, 255);"]
    [*]İsa adının mənası nədir?

    [/list]

      Текущее время Пн Ноя 18, 2024 8:07 pm