MATTA 1:18
18 İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. (bax. Luka 1:26-38)
Bakirə Məryəm kiçikliyindən Allahın Kəlamını əzbər öyrənirdi. Onun həmdləri, Tövratı və Peyğəmbərlərin Yazılarını lap yaxşı bildiyini göstərir. Müqəddəs Ruh onu Allahın izzəti və hikmətli işləri barədə böyük şəhadətə ilhamlandırırdı. Ola bilsin ki, Məryəm başqa qızlar kimi ərə getməkdə əmin-amanlıq görürdü, odur ki dülgərlə nişanlanmağa razı oldu. Allahın qədim xalqı nişanı qanuni olaraq bağlanan nikah sayırdı, buna görə Yusif qızın «əri» (a. 19; orijinalda ər), Məryəm də onun «arvadı» (a. 20) olaraq adlanır.
Niyə İsa bakirədən, nişanlanmış bakirədən doğuldu?
[size]
Günlərin birində mələk Cəbrayıl Məryəmə görünərək elan etdi ki, Allah Özü onu seçib və onun Müqəddəs Ruhdan uşağı olacaq. Bu xəbər Bakirəyə dərindən təsir etdi, lakin o həlim və itaətkar olub, Allahın Kəlamına inandı. Hamiləliyi bəşəri yolla olmadı, çünki Müqəddəs Ruh Öz varlığında müqəddəsdir. Kim deyirsə ki, Allah Məryəmi Özünə arvad aldı və o, Allaha övlad doğdu, bağışlanmaz bir küfr söyləyir. Məlum olduğu kimi, müasir biologiya dünyəvi atası olmayan bir uşağın bakirədən doğulma ehtimalını inkar etmir (buna "klonlaşdırma" deyirlər). Lakin müqəddəs Ruhdan doğulan hər kəs bu sirri başa düşür və İsanın mübarək Məryəmdən dünyaya gəldiyini bir həqiqət kimi qəbul edir.
Məryəm izzətli planına görə Allahı ucaltdı. Eyni zamanda o bu vəziyyətə görə narahat idi: Görəsən, nişanlısı ona nə deyəcək? O ona inanmayacaq və onun bütün izahatları ona qəribə uydurma kimi gələcək. Buna görə Məryəm susdu və Allahın ona şahid olacağına ümid bağladı. Qız sakitcə dua edirdi və nişanlısının dərindən kədərləndiyinə görə əziyyət çəkirdi. Musanın Qanununa görə zina edən qızın və ya qadının daşlanmalı olduğunu bilirdi. Lakin o, Xilaskarı Allaha iman etmiş və ümid bağlamışdı və onun imanı imkansız olanı mümkün etdi: onun daxilində Allahın Oğlu bəşər oldu. Bu böyük imanına görə dünyanın hər yerində bütün nəsillər Məryəmi izzətləndirir. Biz də ondan Allaha tamamilə güvənməyi öyrənirik. Məhz buna görə Məryəm İsanın nəsil şəcərəsindəki iman qəhrəmanları içində son halqa olmuşdur.
DUA: Sənə səcdə edirik, ey əzəli Allah, çünki Sən Bakirə Məryəmdə Müqəddəs Ruhunla məskən saldın və onun daxilindən Öz Oğlun İsanı dünyaya gətirdin! Bu möcüzəni öz ağlımızla, öz məntiqimizlə dərk edə bilmirik, ancaq Sənə həmd və şükür edərək səcdə edirik, çünki Sən bizim ruhən doğulmamızı gerçəkləşdirdin və biz Sənin Kim olduğunu və eləcə də Oğlunun və Müqəddəs Ruhunun Kim olduğunu anladıq və Ruhunun nə qədər böyük və əzəmətli iş etdiyini dərk etdik!
SUAL:
[/size]

- Qəribə təlimlər yayan, «evlənməyi qadağan edən» (1Tim. 4:3) yalançı müəllimlərin əksinə, «hər kəsin nikaha hörmətlə yanaşması» (İbr. 13:4) üçün nikahı təqdis etmək.
- Bəxtiyar sayılan Bakirənin şərəfini qorumaq üçün, axı o, nişanlısı olmadan bakirə ikən hamilə qalsa idi, çox ittiham və məzəmmətlərə məruz qalardı. Allah onun hamiləliyini nişanla qorumağı lazım bildi, belə ki heç kəs ona şübhə ilə baxmasın.
- Bəxtiyar sayılan Bakirənin hələ çox gənc yaşında sadiq müəllimi olsun, sirdaşı, səfərlərində yol yoldaşı olsun, onunla qayğılarını bölüşən, ona münasib olan bir köməkçisi olsun.
[size]
Günlərin birində mələk Cəbrayıl Məryəmə görünərək elan etdi ki, Allah Özü onu seçib və onun Müqəddəs Ruhdan uşağı olacaq. Bu xəbər Bakirəyə dərindən təsir etdi, lakin o həlim və itaətkar olub, Allahın Kəlamına inandı. Hamiləliyi bəşəri yolla olmadı, çünki Müqəddəs Ruh Öz varlığında müqəddəsdir. Kim deyirsə ki, Allah Məryəmi Özünə arvad aldı və o, Allaha övlad doğdu, bağışlanmaz bir küfr söyləyir. Məlum olduğu kimi, müasir biologiya dünyəvi atası olmayan bir uşağın bakirədən doğulma ehtimalını inkar etmir (buna "klonlaşdırma" deyirlər). Lakin müqəddəs Ruhdan doğulan hər kəs bu sirri başa düşür və İsanın mübarək Məryəmdən dünyaya gəldiyini bir həqiqət kimi qəbul edir.
Məryəm izzətli planına görə Allahı ucaltdı. Eyni zamanda o bu vəziyyətə görə narahat idi: Görəsən, nişanlısı ona nə deyəcək? O ona inanmayacaq və onun bütün izahatları ona qəribə uydurma kimi gələcək. Buna görə Məryəm susdu və Allahın ona şahid olacağına ümid bağladı. Qız sakitcə dua edirdi və nişanlısının dərindən kədərləndiyinə görə əziyyət çəkirdi. Musanın Qanununa görə zina edən qızın və ya qadının daşlanmalı olduğunu bilirdi. Lakin o, Xilaskarı Allaha iman etmiş və ümid bağlamışdı və onun imanı imkansız olanı mümkün etdi: onun daxilində Allahın Oğlu bəşər oldu. Bu böyük imanına görə dünyanın hər yerində bütün nəsillər Məryəmi izzətləndirir. Biz də ondan Allaha tamamilə güvənməyi öyrənirik. Məhz buna görə Məryəm İsanın nəsil şəcərəsindəki iman qəhrəmanları içində son halqa olmuşdur.
DUA: Sənə səcdə edirik, ey əzəli Allah, çünki Sən Bakirə Məryəmdə Müqəddəs Ruhunla məskən saldın və onun daxilindən Öz Oğlun İsanı dünyaya gətirdin! Bu möcüzəni öz ağlımızla, öz məntiqimizlə dərk edə bilmirik, ancaq Sənə həmd və şükür edərək səcdə edirik, çünki Sən bizim ruhən doğulmamızı gerçəkləşdirdin və biz Sənin Kim olduğunu və eləcə də Oğlunun və Müqəddəs Ruhunun Kim olduğunu anladıq və Ruhunun nə qədər böyük və əzəmətli iş etdiyini dərk etdik!
SUAL:
[/size]
- Məryəmin Müqəddəs Ruhdan İsaya hamilə qalması nə məna verir?