Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    Xilasın yolu.

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    Xilasın yolu.  Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    Xilasın yolu.  Empty Xilasın yolu.

    Сообщение автор Elshad ben-ELshaday Вс Авг 02, 2015 1:21 pm

    Qansız günah bağışlanmır.
    Xilasın yolu.  Image?t=3&bid=803690841437&id=803690841437&plc=WEB&tkn=cUGW72QCp6gEia8k3V2n0335v1g
    Allah yəhudilərə günahları üçün cürbəcür heyvanlardan və ev quşlarınadan qurbanlar təyin etmişdir, amma bu qurbanlar dünya həyatında bağışlanmaları üçün idi, yəni günah edən insan qurban gətirəndə Allah onu cəzalandırmırdı.Amma Cəhənnəm atəşindən xilas olunmaq üçün həmin qurbanlar kifayət deyildi.Əbədi ölümdən xilas olunmaq üçün bizə müqəddəs insan qanı lazım idi.Sual doğurur, niyə heyvan yox, məhz insan qanı, özü də müqəddəs insanın qanı? Ona görə ki, insan Allaha qarşı günah edib, və onun qurbanı da məhz insan olmalıdı.Bəs niyə Müqəddəs insanın qanı? Çünki günahkar insan qanı Allahın nəzərində qiymətsizdir.Adəm övladı hamısı günah edib, hətta peyğəmbərlər belə.Birinci günah edən Adəm və Həvva oldu, və günah onların vasitəsilə bütün insanlara keçdi.Və bütün insanlar əbədi ölməli idi.Ancaq Allah mərhəmətlidir, və insanları çıxılmaz vəziyyətdə görüb Özü insanlara bu Müqəddəs Qurbanı verdi, və bu qurban İnsan olan Allahın Kəlamıdır.İsa bakirə Məryəmdən doğuldu.O Adəm nəslindən dünyaya gəlsə də Adəm övladı deyildi, çünki kişi və qadın istəyi olmadan qadından doğuldu.Yenə sual doğurur: niyə İsa məhz Adəmin nəslindən dünyaya gəldi? Axı Allah Onu da Adəmi yaratdığı kimi torpaqdan, və yaxud başqa cürə yarada bilərdi? Əzizlərim, çünki, məhz Adəm övladları günah etmişdi, və buna görə də qurbanlıq Müqəddəs İnsan - Adəmin nəslindən olmalı idi.Baxın, görün neçə dəfə İsa İncildə Quzu adlanıb.Bəli O bizim qurbanlıq Quzumuzdu, həm peyğəmbərimiz və müəllimimizdi, ümumiyyətlə hər şeyimizdi, həyatımızın mənasıdı.Bütün peyğəmbərlər Onun haqqında peyğəmbərlik etmişdilər, və demişdilər ki, o gələcək, Allahla insanları barışdıracaq, bizim üçün Qanı axılacaq, və biz günahlarımızı Onun Qanıyla yuyacağıq.1600 il İsrail xalqı Onun gəlişini gözlədi, və O gəldi! Təlimini yaratdı, çarmıxda bizim üçün öldü, və Ona inananların günahları bağışlandı.Alliluya! Allaha şükr olsun! Biz ölməliydik, lakin O bizim yeimizə öldü və 3 gündən sonra dirildi! Və diriləndən sonra 40 gün ərzində 500 imanlı qardaşlara göründü, və bizə məsləhətlər verib, imanımızda və Onun Təliminə sadiq qalmağımızı buyurub göyə, Allahın yanına qaıxdı.Və qalxandan sonra Allahdan gələn Müqəddəs Ruhu ona inanlara göndərdi, və hər Ona inanıb, Qanunlarına riayət edəndə Onun Ruhu yaşayır, Müqəddəs Ruh. Bu Ruhdu bizə güc verən, bizi ayaqda saxlayan.Bu Ruhun gücüydü ki, saysiz-hesabsız Məsih imanlıları öldürülmüş, lakin onları öldürənlərə silah qaldırmamış, onları bağışlayaraq şəhid olmuşlar.Onun haqda saysız-hesabsız kitablar yazılmız, saysız-hesabsız filmlər çəkilmişdi.O Möcüzədir, və Onu kim olduğunu hər adam tanımır.O Özü demişdir ki. Allahdan başqa Onu heç kim tanımır, lakin Ona iman  edənlər və Onu sevənlərə O Özünün Kim olduğunu açır.İndi isə sən, bu məqləni oxuyan əziz dost, günahlarının bağışlanmağını istəyirsənmi? Allahın övladı olmağı istəyirsənmi? Allah hər an səni qəbul etməyə hazırdı. Və O səni çox sevir, O insanları o qədər çox sevir ki, Yegənə Oğlu olan İsa Məsihi Qurban verdi.Və İsa Məsih Allahla insanlar arasında Yegənə vasitəçidir.Ona inanırsansa bu duanı təkrar et:”İsa Məsih, Sənin Allahın Oğlu olduğuna, Allahdan gəldiyinə və mənim günahlarım üçün öldüyünə və 3 gün sonra dirildiyinə inanıram. Həyatıma gəl, günahlarımın bağışlanmasını istəyirəm, Mənimlə ol, və Müqəddəs Ruhundan mənə də ver.Xilas olmaq istəyirəm, və əbədi Allahla birgə Cənnətdə yaşamaq istəyirəm. Amin!” Əziz dost, bu duanı səmimi oxumusansa. Və ürəyində təkcə Onun Təliminə İnam varsa, günahların bağışlandı.Buna şübhələnmə.Və Allah səni artıq heç vaxt tərk etməyəcək.İncili oxu, Onu izləyənlərlə əlaqə saxla, Onun Təliminə aid filmlərə və videolara bax.Və Onun qəlbində olmağı üçün dua et.Əgər hansısa günahdan asılısansa qorxma. O səni bütün günahdan və ləhnətdən azad edəcək.Rəbb köməyin olsun. İsa Məsihin Adıyla. Amen!

      Похожие темы

      -

      Текущее время Вт Июл 02, 2024 7:49 am