Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    Günah xəstəliyi.

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    Günah xəstəliyi. Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    Günah xəstəliyi. Empty Günah xəstəliyi.

    Сообщение автор Elshad ben-ELshaday Вс Авг 02, 2015 1:26 pm

    Günah xəstəliyi.
    Günah xəstəlikdi, günah virusdu, və bu xəstəlik insanlara Adəmdən keçdi və bütün insanlar günah etdilər.Heç kim günahdan əbədi qaça bilməz, bu reallıqdı.Əzizlərim, heç baqalarına baxmayaq, özümüzü götürək, mömin olduğumuz müddətdə nə qədər günah etmişik? günah edirik, tövbə edirik, üstündən bir az keçir, başqa günahı edirik, tövbə edirik, bir az keçir, yenə də günah edirik.Bütün insalar günah edib, peyğəmbərlər belə.Bəzi din alimləri deyir ki, peyğəmbərlər günah etməyib.Gəlin Allahın Kitabına baş vuraq.İbrahim peyğəmbər Misirə gedəndə onu fironun yanına apardılar, firon ondan arvadı Saranın onun nəyi olduğunu xəbər alanda o cavab verdi ki, bacısıdır.O qorxdu ki, Saranı arvadı adlandırsa firon onu özünə götürüb özünü də öldürtürər.Yəni canını itirməkdən qorxub yalan söylədi.Yalan günah deyilmi? Yalan böyük günahdır! Musa peyğəmbər peyğəmbər olmadığı müddətdə adam öldürmüşdü.Adam öldürmək də böyük günahdır.Davud peyğəmbərin başqasının arvadına gözü düşmüşdü, və o qadının ərini cəbhənin qaynar nöqtəsinə göndərdi ki, o sağ qayıtmasın, və o əsgər orda da öldü, və Davud onun arvadını özünə götürdü.Allhın nəzərində onun əməli çox pis idi, və Allah onu cəzalandırdı.Başqa peyğəmbərlər də günah etmişdir.Bəs niyə heç kim günahdan qaça bilmir? Ona görə ki, hamı günahkardan doğulur.Xəstə ağacın meyvəsi çürük olar, xəstə adamdan xəstə doğular, günahkardan da günahkar doğular.Belə bir el məsəli var "anası gəzən ağacı balası budaq-budaq gəzər"Çoxları deyir ki, yox, peyğəmbərlər günah etməyib, onlar müqəddəs olub.Günahları barədə yuxarıda yazdım.Bəli, peyğəmbərlər müqəddəs olub, amma müqəddəs olublarsa bu o demək deyil ki, onlar günah etməyib. Allah Müqəddəsdir, və O özlərini Ona həsr edənləri müqəddəs adlandırıb. Allah keçmişdə bütöv bir xalqı - İsraili müqəddəs xalq adlandırıb, lakin bu onların günahsız olması deyil. İsraillilər saysız-hesabsız günah ediblər.Ən nəhayət, burası lap maraqlıdır, bəs niyə bəzi dinlər peyğəmbərlər gühah etməyib deyir? İsa Məsihin Tək Müqəddəs olmasını insanlar bilməsin, çünki insan bilsə ki, İsa Məsih Yeganə Müqəddəsdir, o adam Onun həyatıyla yaxından maraqlanacaq, və nəhayət Onun Kim olduğunu biləcək, və Ona iman edərək qurtulacaq.

      Текущее время Вт Июл 02, 2024 7:29 am