Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    İslam dini yeni nə gətirdi?

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    İslam dini yeni nə gətirdi? Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    İslam dini yeni nə gətirdi? Empty İslam dini yeni nə gətirdi?

    Сообщение автор Elshad ben-ELshaday Чт Авг 06, 2015 3:55 am

    Allah Taala indiyə kimi 4 dəfə insanlarla əhd bağlayıb.

    1) Allah birinci Huh və onun ailəsi ilə əhd bağıayıb.Bu əhdin əlaməti göy qurşağı olub.
    2) Allah ikinci dəfə İbrahim peyğəmbərlə əhd bağlayıb.Bu əhdin əlaməti sünnət olub, İbrahim peyğəmbər dünyada ilk sünnət olan şəxs olub.
    3) Üçüncü dəfə Allah Taala İsrail xalqıyla əhd bağıayıb ki, bu əhdin əlaməti Şabat günü idi.
    4) Allahın insanlarla son, yəni dördüncü əhdi İsa Məsih vasitəsilə məsihçilərlə olub ki, bu əhdin əlaməti də Məsihin Qani olub.

    Allah Nuhla əhd bağlayanda ona bir neçə Qanun vermişdisə, İbrahim peyğəmbərə bundan bir qədər artıq Qanun vermişdi.Lakin insaniyyət inkişaf etdikcə Allahın Qanunları da çoxalırdı, və Allah İsrail xalqına düz 613 Qanun vermişdi, və bu Qanundan birini pozan bütün Qanunda günahkar sayılırdı.Qanun çox ciddi idi, və müxtəlif cəza və ölüm qanunlarından ibarət idi.Lakin İsa Məsih çarmıxda bütün insanların günahı uğrundan ölüb diriləndən sonra, Allah Qanunu götürdü, və dedi ki, artıq biz Qanun altda deyilik.Əlbətdə ki, bu o demək deyil ki, biz günah edə bilərik, lakin Qanun altda da deyilik, Allah bizi Qanunun ləhnətində azad etdi..Yəhudilikdə düşmənə qarşı silaha qurşanmaq, zinakarı və başqa günah edənləri cəzalandırmaq və öldür deyən Qanunlar var idi.Qanun sərt idi ona görə ki, Allah insanlarla küsülü vəziyyətdə idi.Və Barışdırıcı olan İsa Məsih insanları Allahla barışdırdıqdan sonra, Allah Yeni Əhd bağladığı məsihçilərə yeni göstərişlər verdi, və dedi ki. heç kimi mühakimə etməyin, düşməninizi sevin, pisliyə pisliklə cavab verməyin, hamını sevin və hamı üçün dua edin.Buna görə də biz Məsihin Təlimi olan Xristianlığı bütün dinlərin və təlimlərin şahı adlandırırıq, çünki bu Təlim, yeganə Təlimdir ki, bütün bəşəriyyəti sülhə çağırır.Başqa heç bir təlimdə və dində düşmənlərinizi sevin deyilməyib.Allah insanlara bu Təlimi və Allahla insanlar arasında yeganə vasitəçi olan İsa Məsihi tanıtmaq üçün Müqəddəs Ruhu vasitəsilə Məsihin həvariləri əlilə İncil Kitabını yazdı, və İsa Məsih bu Kitabı təhrifatdan qoruyacağını deyərək göyə qalxdı.Və bizə imanımıza, bu Təlimə sadiq qalmağımızı buyuraraq, gələcəkdə gələcəyini bildirdi.Və Xristianlıq belə yarandı.Xristianlıqdan təxminən 600 il sonra İslam dini yarandı.Və bu dinin Qanunları Yəhudilikdəki Qanunlarla demək olar ki, eynidir.Cəza Qanunları eynidir, sadəcə cəzalar müxtəlifdir, məsələn zinakarı və əxlaqsızlıq edənlər və başqa haqsızlıq edənlər Yəhudilikdən bir az fərqli cəzalanır.Sevgili müsəlmanlar deyir ki, əgər Xristianlıq Allahın insanlarla Yeni Əhdidisə, onda İslam da son Əhdidir. Bir neçə sual yaranır:
    1) Əgər İslam Allahın insanlarla son əhdidisə, bəs niyə bu dinin qanunları Allahın köhnə əhdlərindəki Qanunlarının bənzəridi? Məsələn: qisas qanunu, sünnət, zina edənlərin cəzalandırılması, cihad və s.
    2) İslam dinini dinlərin şahi adlandırırsınız.İslam nəyinə görə dinlərin şahı adlanır? 1 İslamın kitabı olan Quran qanunlarına görəmi, 2 Quran möcüzələrinə görəmi? 3 Quran bəlağətinə və ya başqa səbənlərə görəmi? Quran Qanunlarına görədisə, Quran qanunlarınının çoxu Tövratdakı Yəhudi Qanunlarının bənzəridi.Quran möcüzələrinə görədisə, İncildə olan bir möcüzə, İsanın ölü diriltməsi bütün Qurannın elmi ayələri olan möcüzələrindən üstündü.Quran bəlağətinə görədisə, Quranın Tövrat və İncildən heç bir üstünlüyü yoxdu, Quranda yazılan demək olar ki, bütün peyğəmbərlərin əhvalatları Tövratda var, əksinə, Tövratda və İncildə olan əhvalatlar Qurani-Kərimdə yoxdu.Bəs nəyinə görə İslam dinlərin şahı adlanır? 4 İncildə günahkarı mühakimə etməyin, zinakarı bağışlıyın və düşmənlərinizi sevin deyən Allah niyə İslamda Yəhudilikdə olan Qanunların bənzərini verdi.5 İslam dini yeni nə gətirdi?

      Текущее время Вт Июл 02, 2024 7:36 am