Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    İsa Məsih və həvarilərinin Məhəmməd peyğəmbər və 12 imamla müqayisəsi.

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    İsa Məsih və həvarilərinin Məhəmməd peyğəmbər və 12 imamla müqayisəsi. Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    İsa Məsih və həvarilərinin Məhəmməd peyğəmbər və 12 imamla müqayisəsi. Empty İsa Məsih və həvarilərinin Məhəmməd peyğəmbər və 12 imamla müqayisəsi.

    Сообщение автор Elshad ben-ELshaday Пн Авг 10, 2015 10:49 am

    İsa Məsih və həvarilərinin Məhəmməd peyğəmbər və 12 imamla müqayisəsi. Image?t=39&bid=803979243101&id=803979243101&plc=WEB&tkn=8Qr8eFeHCF8t-shFMB4TMEt7LMoİsa Məsih və həvarilərinin Məhəmməd peyğəmbər və 12 imamla müqayisəsi. Image?t=39&bid=803979242845&id=803979242845&plc=WEB&tkn=qgyM3YscjOKGPWaRkjsqwPlr_x4

    Əgər biz iki naməlum qiymətli daşın sadəcə adlarını eşitmişiksə, biz o daşların hansının digərindən daha parlaq olduğunu bilə bilmərik.Lakin daşları yaxınlaşdırıb bir-birilə müqyisə eləsək, hansının daha parlaq olsuğunu görərik.Mən mövzularımda rez-tez öz təlimim olan Xristianlığı başqa dinlə müqayisə edəndə bəzilərinə xoş gəlmir, lakin müqayisənin nəyi pisdir ki? Müqayisələrdə həmişə Həqiqət ortaya çıxır, və biz nəyin doğru, nəyinsə doğru olmadığını bilirik.İsa Məsih və həvariləri nə and içiblər, nə ləhnət ediblər, nə adam vurublar, nə kimsəyi öldürüblər, nə də kimsəyi cəzalandırıblar.Məsihin 12 həvarisi və 70 şagirdi ömrü boyu dünyaya yayılıb, Həqiqəti yer üzündə təbliğ ediblər.İslam peyğəmbəri olan Məhəmməd peyğəmbər və 12 imam, demək olar ki, Məsih və həvarilərin tam əksi olub.Onlar ömrü boyu and içiblər, ləhnət ediblər, ələ silah alıb döyüşüblər, insan öldürüblər, zinakarları cəzalandırıblar və bir sıra Məsihin həvarilərinin etmədikləri əməlləri ediblər.Bunların hamısı İslam hədislərində var.
    1 İsa Məsihin yanına zina edən bir qadını gətirəndə, O, həmin qadını cəzlandırmadı, əksinə, bağışladı və dedi ki, get bir də günah etmə.Məhəmməd peyğəmbərə də zinakarı gətiriblər, və o həmin zinakarı daşa basıb öldürtməyi əmr edib, və elə də edibər, came qapısında.Amma Məsih bağışlamışdı.Sualım budur, öldürtməkmi yaxşıdı, yoxsa bağışlamaq?
    2 İncildə Allah Kəlamı deyir ki, dua edilən ağızdan ləhnət çıxmalı deyil.Məsih və həvariləri heç vaxt insnlara ləhnət etməyiblər, amma İslam peyğəmbəri və imamlar insanlara dəfələrlə ləhnət ediblər.Bir adama ləhnət etmək, həmin adamın Allah tərəfindən cəzalanmağını istəməkdi.Sualım budur, insanı ləhnətləməkmi yaxşıdı, yoxsa həmin adam üçün Allaha dua etmək yaxşıdı ki, o adam şərdən üz döndərsin?
    3 İsa Məsih və həvariləri əllərinə qılınc alıb döyüşməyiblər, hətta İsa Məsihi tutmağa gələndə həvarilərdən biri qılıcla, gələnlərdən birinii qulağını kəsib salmışdı.Lakin İsa ona həmən qadağan edib dedi ki, qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq.İslam peyğəmbəri və imamları həyatı boyu döyüşüblər, saysız hesabsız insan qanı axıdıblar.İmam Əli İslamın ən böyük cəngavəri sayılır.Peyğəmbərin bir neçə qılıncları indiyədək muzeydə saxlanılır.Sualım budu, döyüşmək və insan öldürməkmi yaxşıdı, yoxsa öldürməmək? Nə üçün İmam Hüseyn əleyhsalam o boyda insanları açıq ölümə apardı? Bəzi İslam alimləri deyirlər ki, onlar Allahın dinini qorumaq məqsədilə qılıc çalıblar, yoxsa din aradan gedərdi.Çox maraqlıdı! Bir din Allahdandırsa, o necə aradan gedə bilər? Məsih və həvariləri həyatı boyu qılınc çalmayıblar, bəs niyə onların dini aradan getmədi?Sizin peyğəmbəriniz və imamlarınızın müşriklərdən nə fərqi olub ki? Müşriklər də insan ləhnətləyiblər sizin imamlarınız da, müşriklər də adam öldürüblər sizin imamlarınız da, müşriklər də and içiblər sizin imamlarınız da, müşriklər də qisas alıblar sizin imamlarınız da.Amma bizim peyğəmbərimiz və Həvarilərimiz bütün bu sadaladığım əməllərdən uzaq olublar. Nura tərəf gəlin əziz müsəlmanlar, nura gəlin ki, daxilinzdə həyat olsun.Bəziləriniz sözlərimi çoxdan oxuyur, Məsihə meyl edir, lakin hələ də şübhələnir, və İsa Məsihə iman etmək istəmir.600 il Məsihdan sonra gəlib Onun Sözlərini yalanlıyanlardan qorxmayın, göydən gələn Məsihdən qorxun, O dirildəcək hamını, O mühakimə edəcək hamını.Cənnətdə Əbədi hökmdar olan da Odur.İnsana çevrilən Allah Kəlamı! Hansı daha etibarlıdır, göydən gələn və göyə qalxan, yoxsa 600 il sonra gəlib Onun sözlərini yalanlayan adi adamlar? Allah hər şeyi Onun üçün yaradıb.

      Текущее время Вт Июл 02, 2024 7:42 am