Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    Qurandakı Zərdüşt mifologiyasının qaynağı.

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    Qurandakı Zərdüşt mifologiyasının qaynağı. Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    Qurandakı Zərdüşt mifologiyasının qaynağı. Empty Qurandakı Zərdüşt mifologiyasının qaynağı.

    Сообщение автор Elshad ben-ELshaday Пн Сен 14, 2015 12:45 pm

    Qurandakı Zərdüşt mifologiyasının qaynağı.


     
    Quranda Allahın 99 adı var və qəribədir ki, bu adlar bütpərəst Zərdüştliyin Avestasındakı Axura Mazdanın Hörmüzd Yəşt bölümündəki 75 adına bənzərliyi çoxdu.Məsələn Axura Mazda kimi Allah da Quranda “Görən” (Quranda "Əl-Bəsir", surə 22:75) Avestada Hörmüzd Yəşt 8,12 adlandırılıb, ikisi də “Müdrik” (Quranda "Əl-Hakim", surə 4: 158) Avestada Hörmüzd Yəşt 15 “Bilən” (Quranda "Əl-Alim", surə15:25), Avestada Hörmüzd Yəşt 12  “Güclü” (Əl-Kavi, surə 22:40) Avestada Hörmüzd Yəşt 7  “Yaradan” (Əl-Xaliq, sura 6: 102) Avestada Hörmüzd Yəşt 8,13 “Həmdə layiq” (Əl-Həmid, surə 34: 6) Avestada Hörmüzd Yəşt 12 “Sayan” (Əl-Hasib, Sura 5: 5) Avestada Hörmüzd Yəşt 8.Hələ bu oxşar adların bir qismidir, və göründüyü kimi də Avestadadan götürülüb.
     
    Quranının doqquzuncu surəsindən başqa bütün surələri “Mərhəmətli və Rəhmdil Allahın adı ilə” başlayır.Qurandan çox çox əvvəllər yazılmış olan Zərdüşt dinin yazılı qaynağı olan “Dasatir və Asmani”də də fəsillər təxminən Qurandakı kimi başlayır “Verən, bağışlayan, mərhəmətli və ədalətli Tanrının adı ilə” Bunun bənzərini “Bundaxişni" bölümündə də seyr edirik, yazı belə başlayır “Yaradan Hörmüzd Tanrının adı ilə
     
    Sirat sözü Quranda 45 dəfə yazılıb və “Allahın yolu” deməkdi. Sirat sözü ərəb sözü deyi və  məəyini latın sözü olan “sirata” sözündən götürülüb və Zərdüşlük təlimində “çinavt” sözü kimi geniş istifadə edilib ki, mənası da körpü deməkdi. Hədisdə Məhəmməd peyğəbər demişdi ki; “Sirat körpüsü Cənnəmin üzərinə endiriləcək və bu körpüdən birinci keçən mən olacam.Və eləcə də bütün dirilənlər körpünün üstündən keçəcək, möminlər körpüylə keçib gedəcək, kafirlər isə keçə bilməyəcək, ordan Cənnəmə sürüşüb düşəcək”.Oxşar hadisə Qurandan yüz illər əvvəl Zərdüşt dininin müqəddəs kitabı sayılan “Avesta”da yazılıb.Orda deyilib ki, bütün ölülər həmin körpüdən keçəcək, həmin körpü Elbrus dağından Cəhənnəm uşurumu olan Çakat Deytiyə kimi uzanır və xeyirxahlar ondan Cənnətə keçəcək, şər insanlar isə Cəhənnəmə yıxılacaq.Avestada Hörmüzd allah saleh kişi və qadınlara söz verib deyir ki;”Xeyir-duayla mən sizi Çinvat körpüsündən keçirəcəm” (Avesta Yasna 46:10) Qədim fars əlyazmalarında bu körpü haqda çoxlu məlumat əldə etmək olar və göründüyü kimi də İslamdakı Əs-Sirat körpü hekayəsi də qaynağını onlardan görürüb.
     
    Quranda Cənnətin təsviri ərəb şeyxlərinin hərəmxanalarına çox bənzəyir, hansındakı çoxsaylı  qaragözlü gözəl qızlar olur, və hər an şeyxləri əyləndirmək və onlara həzz yaşatmaq  üçün onların qulluğunda dururlar.Şübhəsiz ki, bu ideya da mənbəsini Zərdüşt qaynaqlarından götürür.Maraqlıdır ki, ərəb sözü olan “hurun” (qaragözlü) öz məəyini qədim fars sözü olan “hurust” (gözəl deməkdi) sözündən götürülüb ki, pəhləvi ədəbiyyatında (Arta Viraf 4:18) Cənnətdə gözəl qızlar təsvir edilərkən bu söz istifadə edilmişdir.Bu kitabların birində göylərdəki gözəlüzlü, ağbəniz bakirə qızlar təsfir edilərkən həmin söz istifadə edilmişdir (Xadost Nask 2:23) Və gördüyümüz ki, Quranın böyük əksəriyyəti nəinki öz qaynağını qədim yəhidi folklorundan və xristian opokrifik ədəbiyyatından, hətta qədim zərdüşt fars əfsanələrindən də götürür.
     
    Sual yaranır, Quran Allahdandırsa onda yazılan fars Zərdüşt əfsanələinin nə işi var?

      Текущее время Пн Ноя 18, 2024 7:57 pm