Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    İncil və Quranın insanlara verdiyi örnək.

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    İncil və Quranın insanlara verdiyi örnək. Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    İncil və Quranın insanlara verdiyi örnək. Empty İncil və Quranın insanlara verdiyi örnək.

    Сообщение автор Elshad ben-ELshaday Вт Сен 15, 2015 4:38 pm

    İncil və Quranın insanlara verdiyi örnək.

    İncil və Quranın insanlara verdiyi örnək. Image?t=0&bid=804807348829&id=804807348829&plc=WEB&tkn=*h5PZHHdhA_2fpRcoYR8L3icWz8M

    Xilaskar İsa Məsihin Adı ilə.
    Salam. Bir çox əməllər vardır ki, insanlar üçün adi bir şeydir, lakin o əməllər Tanrının nəzərində ağır günahlardı.1) And içmək, 2) lənət etmək, 3) İnsanlara nifrət etmək,4) Pisliyə pisliklə cavab vermək, 5) Qisas almaq, 6) İnsana əl qaldırmaq.7) Xəyanətdən başqa bir səbəbə görə kişinin arvadını boşaması və s.

    Bütün bu sadaladıqlarımı Tanrı Müqəddəs İncildə pisləyir, və yasaqlayır.And içmək barədə qəti deyir ki, nə yalandan nə də doğrudan and içmə, bu şərdəndi.Lənət etmək barədə deyir lənət etmə, sənə pislik edən üçün dua et.Bütün insanları sevin deyir.Qisas almayın, bağışlayın deyir.Sağ üzünə sillə vurana sol üzünü də çevir.Xəyanətdən başqa bir səbəbə görə də boşanmanı pisləyir.Bu Müqəddəs İncildə Rəbb Allahın Qanunlarıdı.

    Bəs bütün bu sadaladıqlarım barədə Quran nə deyir? Quranda andın şərdən olduğu bildirilmir, Quranın bir çox yerlərində and içilir, və müsəlmanlar o kitabdan örnək götürür. Bir saleh məsihçi heç bir şeyə and içmir, ancaq müsəlmanların and  içmədiyi şey yoxdur:"Allah haqqı", "peyğəmbər haqqı", "İmam haqqı", "anamın canı", "çörək haqqı", "atamın canı", "nənəmin goru", "qağamın
    goru", "ölülərimin goru" "bərəkət haqqı" ...Quranın Ali-İmran surəsində açıqca insanları lənətə çağıran ayət var.61-ci ayətdə deyilir ki; "Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih haqqında) səninlə mübahisə edən kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq" Əlbətdə ki, müsəlmanlar öz müəllimi olan Quranı nazil edəndən  örnək götürürlər. Lənət etmək müsəlmanşılıqda adi bir şeydi.Quran qisas almağı da öyrədir. Orda deyilir ki "Qisas hökmü sizin üçün vacib oldu, ey ağıl sahibləri, qisasda sizin üçün HƏYAT vardı.Qisasda nə həyat ola bilər ki? Rəbb İncildə qisas almayın deyir, bağışlayın deyir.Quranda ərlərə arvadlarınızı döyün deyilir, ancaq İncildə bu qəti qadağandır. O ki, qaldı insanlara nifrət barədə, bunu da Quran öyrədir.Demək olar ki, bütün Quran yəhudilərə, xristianlara, kafirlərə və ümumiyyətlə bütün günahkarlara nifrətdən gedir, onlarla dostluq eməyin deyir.Bir ayətdə deyilir ki, günahkarlar canlıların ən pisidir, diqqət yetirin, insanların demir, canlıların deyir! demək ki, günahkar insanlar itdən, qurbağadan peyin böcəyindən də pisdir.Sizcə bizi yaradan Tanrı insanlar haqda belə bir söz deyə bilərmi? Xatırlayın ki, İsa Məsih əsasən günahkarlara təbliğ edirdi, hətta onlarla oturub yeyib içirdi də.Və bir gün imanları müsəlmanların imanına oxşar yəhudi din adamları Onun şagirdlərindən İsanın nə üçün günahkarlara oturduğunu soruşanda İsa dedi ki, O günahkarları çağırmağa gəlib.Və budur Rəbb Allahın günahkarlara olan böyük SEVGİSİ!! Necə ola bilər ki, belə Allah Quranda günahkarları canlıların ən pisi adlandırsın? Tövbə surəsinin 30-cu ayətdində xristianları və yəhudiləri nəzərdə tutub deyir ki "Allah onları öldürsün" Birincisi bu Allah kəlamına bənzəmir, Allah Özü barəsində "Allah onları öldürsün"deməz, bu Allah kəlamından çox Məhəmmədin öz sözlərinə oxşayır, ikincisi Allah heç elə deməz, İncildə buna bənzər bir ayə yoxdur.Allah niyə öz təlimində olan yəhudilərə və xristianlara ölüm diləsin? Allahın yəhudilərə və xrisrianlara olan sevgisi BÖYÜK və ƏBƏDİDİR.Allah sevib sonra atmır, sevib atan insanlardı, Allah deyil!

    Rəbb sevgidir, məhəbbəti əbədidir
    Rəbb sevgisi yanında insan sevgisi nədir?
    İnsan bu gün sevər, sabah nifrət edər
    Rəbb isə yalnız əbədi sevgiylə sevər!

    Haleluiya! Amin!  Bəli, Allahın sevgisi əbədidir.
    Xülasə İncil və Quranın müqayisə edəndə aydın olur ki, bu iki kitab eyni qüvvə tərəfindən göndərilməyib.Biri insanlara sevməyi öyrədir, o birisi nifrət etməyi, biri and içməyin deyir, o biri yox, biri qisas almayın deyir, o biri qisas vacibdir deyir, biri lənət etməyin deyir, o biri lənətə çağırır... Və yuxarıda sadalanan bütün pis əməlləri edən insanların təbii ki, Tanrıya qovuşması müşkül məsələdir, Tanrı Müqəddəsdir və insanlardan da müqəddəslik tələb edi

      Текущее время Вт Июл 02, 2024 7:43 am