İnsan birini inandırmağa çalışanda adətən and içir.Başqasına inanmaq istəyən insan da adətən ona and içdirir.Hər bir insanın ürəyində az çox Allah qorxusu olur.And adətən birinin başqasına inamını artırır.İnsan adətən özündən böyük şeylərə and içir.Ən böyük and Allahadı, çünki Allahdan başqa böyük heç nə yoxdu, sonra insanlar başqa şeylərə and içərlər.Məsələn: peyğəmbərə, anasının, atasının və balasının canına, Müqəddəs kitaba, çörəyə və s.Bir sözlə insan böyük və qiymətli şeylərə and içər ki, ona inanan olsun.İnsan heç vaxt yartdığı şeyə and içməz, çünki o böyük andlarla müqayisədə heç nədi.Məsələn maşın haqqı, telefon haqqı, təyyarə haqqı – belə şeylə and içmək gülüncdü.
Bəs Allah necə əzizlərim, nəyə and içər? Müqəddəs kitab Bibliyada Allah cəmi 4 dəfə and içir. (Yaradılış 22:16, Yeşaya 45:23, Yeremiya 22:5, Yeremiya 49:13) 4 dəfə də Özünə and içir.Niyə? Ona görə ki. Allahın Özündən böyük heç nə yoxdu.Yuxarıda dediyim kimi də and böyük şeylərə olmasa etibarlı deyil, ona inanan olmaz.
Amma Quranı oxuyanda adamı təəcüb bürüyür, Allah başlayır yaratdıqlarına and içməyə:

(Şəms surəsi 1-7) Günəşə, onun şüasının vüsətinə, aya, gecəyə, göyə, yerə, insanın nəfsinə, (Hicr surəsi 72) Məhəmmədin canına, (Şüəra surəsi 1) Turi-Sinaya, Məkkəyə, Tuba və Sidr ağaclarına, (Yasin surəsi 2) Qurana, (Zariyat surəsi 3,4) gəmilərə, yellərə, ulduzlara, küləklərə, mələklərə, (Vaqiə surəsi 75) Ulduzların yerlərinə, onların batma və düşmə zamanına, Quranın hissələrini nazil olma vaxtlarına, (Haqqə surəsi 38) gözlə gördükləinizə, (Müddəsir surəsi 34) səhərə, (Qiyamət surəsi 2) nəfsə və vicdana, (Mursəlat surəsi 1) Mələk dəstələrinə, möminlərin bərzəx ruhlarına, (Naziat surəsi 4) Haqq yolunda döyüşənlərin atlarına, (Təkvir surəsi 15, 18) ulduzlara, dan yerinə, (İnşiqaq surəsi 16, 17) şəfəqə, gecənin topladıqları canlılara (Buruc surəsi 2, 3) Qiyamət Gününə, bütün ümmətlərin peyğəmbərlərinə, salehlərinə və s.(Fəcr surəsi 3) erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, və s.
Və göründüyü kimi göydə və yerdə elə bir şey qalmır ki, Quranda ona and içilməsin.Sual doğurur, Allahın Öz yaratdıqlarına and içməsində məna nədir? Niyə Allah Tövratdakı kimi təkcə Özünə and içməklə kifayətlənmir, yaratdıqlarına and içir? Allahın gəmilərə and içməsi daha çox təəcüb doğurur.Bir insan gəmiyə, təyyarəyə və qatara and içərsə ona necə reaksiya verərlər? Əzizlərim, sizə elə gəlmirmi ki, Quranda and içən Allah yox, Məhəmmdəin özüdü?