Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    Quranın Allahdan olmamasının əsas səbəbləri.

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    Quranın Allahdan olmamasının əsas səbəbləri. Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    Quranın Allahdan olmamasının əsas səbəbləri. Empty Quranın Allahdan olmamasının əsas səbəbləri.

    Сообщение автор Elshad ben-ELshaday Сб Июл 09, 2016 4:34 pm

    1.Quran Allahdan ola bilməz, çünki bu kitab özündən əvvəl gələn və Allahın 40 peyğəmbərinin yazdığı 77 kitabla zidd gəlir.Allahın Kitabları arasında ziddiyyət ola bilməz.Allah böyük Alımdi, və insanların etdiyi səhvləri o edə bilməz.Tövratdan İncilə kimi yazılan həmin ilahi kitablarda deyilir ki, İsa Məsih insanlar araslnda yeganə günahsız insandı, O gəlib günahkarlar uğrunda öləcək və dililəcək, və Ona iman edənlərə əbədi həyat verəcək.Lakin Quran İsanın ölümünü təkzib etməklə bütün peyğəmbərləri yalançı çıxardı.
    2.Quranda şər sözlər sevgi sözlərindən çox istifadə edilir.Məsələn;Lənət, Cəhənnəm, əzab, zəlil, zülm, murdar, qorxu, dəhşət, Şeytan, cinlər, kafirlər, cihad, ölüm, nifrət, düşmən, murdar, pis, şər və s.Biz bilirik ki, Tanrı Sevgidi, və O bütün insanları sevgidən yaradıb.Lakin Quranda Tanrı sevgisinə çox az yer ayrılıb, Quranın 90%-i şər sözlərdən ibarətdirsə o kitab necə Allahdan ola bilər? Quran Allahdandırsa niyə O insanları Quranda Özünə sevgiylə yox, qorxuyla çağırır?
    3.Quranda ziddiyyətlərin sayı hesabı yoxdu.Quranın ən böyük eyibi “nəsih və mənsuh” mövzusudur ki, belə bir şey Allaha yaraşmaz.Nəsh etmək -  ləğv etmək mənasını daşıyır.Quranın yarından çox nəsih və mənsuhdan ibarətdi.Yəni guya ki, Allah qanun göndərir, qanunu bir müddət sonra ləğv edir.Quranda bu birbaşa yazılıb, orda deyilir ki:”Biz bir ayəni bir başqasıyla dəyişdiririksə ondan daha xeyirlisini göndərərik” Lakin dünya hökmdarları belə sözlərini geri götürmədiyi halda Allah sözünü necə geri götürə bilər? Söz geri götürmək Allah yox, insan işdi, kitab yazıb, sonra orasını burasını dəyişdirmək Allaha yox, insana yaraşır.
     
    Quranın Allahdan olması şübhəlidi, lalkin qorxu içində olan müsəlman bu haqda düşünmək belə istəmir.Quranı, İslamı araşdırmaq böyük cəsarət tələb olunur ki, bu da müsəlmanların əksəriyyətində yoxdu.İslamda Quranı araşdırmaq qadağandı, bir müsəlman şübhəyə dalsa, və öz dindaşına sual versə, ona sərt cavab verəcəklər, və küfdə günahlandıracaqlar.Bunda görə də müsəlmanlar Quranı və İslamı araşdırmaqdan, müzakirə etməkdən boyun qaçırırlar.Lakin hər şeyə kor-koranə inamaq cahillikdi.Allah insana araşdırması üçün ağıl verib, nəyəsə kor-koranə inaması üçn deyil.
     
    Quranı və İslamı araşdırmaqdan, müzakirə etməkdən boyun qaçırırlar.Lakin hər şeyə kor-koranə inamaq cahillikdi.Allah insana araşdırması üçün ağıl verib, nəyəsə kor-koranə inaması üçÜn deyil.

      Текущее время Пн Сен 30, 2024 11:00 pm