Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    İsa Allahın Oğludur

    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    İsa Allahın Oğludur Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    İsa Allahın Oğludur Empty İsa Allahın Oğludur

    Сообщение автор Elshad ben-ELshaday Вс Апр 30, 2017 3:05 pm

    İsa Allahın Oğludur E96bff_507d3ce072e648cd89a0cb2910f7dd64





    İsa Allahın Oğludur.

     
    Çox insanlar İsa Məsihi adi bir peyğəmbər kimi tanıyır, amma əslində o peyğəmbərdən çox uca birisidir.Onun Öz sözlərinə görə Onu Allahdan başqa heç kəs tanımaz, Allahı da Ondan və Onunn agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz.Çoxları Onun haqqında 40 il oxusa da yenə də Onu tanımır.Bu ona görədir ki, O, Onu sevməyənlərə və səmimi Onu tanımaq istəməyənlərə Özünün kim olduğunu açmır.Onun kim olduğunu başa düşmək üçün dua etməklə Onun haqda yazılanlanları oxumaq lazımdır.İsa Məsih həm İnsandır, həm də Ruhani varlıqdır.İnsan kimi O bakirə Məryəmdən doğuldu, lakin Ruhanı Varlıq kimi dünya yaranmazdan əvvəl var idi.Baxın, elə buna görədir ki, İncildə O anası Məryəmi bir dəfə də olsun "ana" dyə çağırmır, çünki o adi adam deyildi, kişi və qadın istəyindən olmamışdı, O başlanğıcdan var idi, O sadəcə insan vasitəsilə dünyaya gəldi.Məsələn bir stəkən suyu soyuducuya qoysaq, görərik ki, bir müddət sonra o su  - buza dönəcək, lakin o buz əvvəlllər su idi, yəni mövcüd idi.İsa Məsih də əvvəlcədən ruhən mövcüd idi, lakin O insana çevrildi.İsayla tez-tez yəhudilər mübahisə edərdilər, və bu mübahisələrin birində İsa dedi ki, "Siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm" sonra dedi "göydən gələn hamıdan üstündür" Demək ki, o başqa dünyadan gəlib və hamıdan da üstündür.Başqa bir vaxt O yəhudilərə dedi ki; "İbrahim (peyğəmbər) olmamışdan əvvəl Mən varam" İbrahim peyğəmbər İsadan təxminən 2 000 il əvvəl yaşayıb.Demək ki, İbrahim peğəmbər olamamışdan əvvəl İsa varıydı.İsadan əvvəl yaşayan bir neçə peyğəmbərlər (Yəqub, Musa, Mixey, Yeşaya) yazırlar ki.onlar Allahı görüblər, lakin İsanın həvarilərindən olan Yəhya yazır ki, "Allahı heç kim görmüyüb" Bəziləri düşünmədən deyirlər ki, "Aha, bax bu Müqəddəs Kitabda ziddiyətdir, səhvə  bax haa!" Lakin tələsmək lazım deyil, çünki Yəhya davam edib yazır ki, "Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında  olan və Allah olan vahid Oğul Onu tanıtdı" Demək ki, o peyğəmbərlər, hansılar ki, deyib Allahı görüblər, demək onlar İsanı görüblər! Demək ki, Allahı görmək mümkün deyil, və Allah özünü İsa vasitəsilə göstərir.Əlbətdə ki, bəziləriniz düşünəssiniz ki, bu nə cür ola bilər.Əzizlərim, gileylənməyin, gileylənmək sizə nə verəcək ki? Dua edin ki, Allah Onun kim olduğunu sizə açsın, unutmayın ki, Onu tanımaq bütün insanlar üçün vacibdir, və O təkcə yəhudilər üçün  deyil, bütün insanlar üçün yer üzünə gəlib. Allah Onu tanımaq istəyən bütün həmyerlilərimə Onun kim olduğunu açsın! Amin! İsa  deyib ki:"Yer və göy aradan getsə də, Sözlərim əsla getməz!"

     
    beyt

    İsa Məsih Rəbb Allahın Sözüdür

    Kəlam olan bu Söz Rəbbin Özüdür.

    ***
    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    İsa Allahın Oğludur Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    İsa Allahın Oğludur Empty Re: İsa Allahın Oğludur

    Сообщение автор Elshad ben-ELshaday Вс Апр 30, 2017 3:07 pm

    İsa Allahın Oğludur E96bff_2c849744285e4133923b194138687a4f

    İsa Allahın Kəlamıdır.
     
    Bir çoxları məsihçiləri qınıyır və deyir ki, siz insana inanırsınız (yəni İsaya) Belə bir fikir İsa Məsihi tanımamaqdan yaranır.Əlbətdəki, biz məsihçilər də Allaha inanırıq.İsa Məsih Allahın KƏLAMI və RUHUDUR. (Bu barədə hətta Quranda da yazılıb, Nisa surəsi 171 -ci ayət)  İsa Məsih Allahın insana çüvrilmiş KƏLAMIDIR, yəni Allahın CANLI SÖZÜDÜR.Əgər biz Allahın CANLI KƏLAMINA inanırıqsa, məgər bu Allaha inanmaq deyilmi?  Müqəddəs Kitab da Allahın Kəlamıdır, lakin İsa Allahın CANLI KƏLAMIDI. Allah keçmişda peyğəmbərlərlə Öz KƏLAMI vasitəsi ilə danışıb. Məsələn KƏLAM Musa peyğəmbərə nazil olub dedi ki, «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam» Və bu KƏLAM insan oldu, Məryəm vasitəsilə dünyaya gəldi.Allah dünyanı, gözlə görünən və görünməyən nə varsa hamısını - Öz KƏLAMI vasitəsilə yaradıb, və bu KƏLAMI insan etdi, və hər şeyi də ONUN üçün yaratdı.Cənnətdə əbədi HÖKMDAR olan da ODUR! İnsana dönən ALLAH KƏLAMI!
    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    İsa Allahın Oğludur Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    İsa Allahın Oğludur Empty Re: İsa Allahın Oğludur

    Сообщение автор Elshad ben-ELshaday Вс Апр 30, 2017 3:08 pm

    İsa Allahın Oğludur E96bff_2ba6310a8e0841e68c73d067363db2b4

    İsa həm Allahın Oğludu, həm də Allahdı.
     
    Çoxları deyir ki, İsa Allah ola bilməz, çünki, Allah Təkdir.Bəli, biz xristianlar da deyirik ki, Allah Təkdir.Lakin Allahın cismən zühür etməsi ikiallahlıllıq demək deyil.Əzizlərim, Allah istəsə, nəinki bir, hətta milyon insana çevrilər. O hər şeyə qadirdir! Allah Təkdir, və başqa Allaha yer yoxdur, bu əbədi belə olacaq.Allah insan olub, və bütün digər dinlərin bunu danmasından biz xristianlar zərrə qədər də narahat deyilik, biz sadəcə istəyirik ki, bütün bəşəriyyət buna inansın, çünki, buna inam - Həqiqi İmanın başlanğıcıdır.
    İnsanlar ən çox 3 səbəbə görə İsanın Allah olmasına inanmır:
    1 Öz dinlərinin İsanın Allah olmasını təkzib etdiyi üçün.
    2 Allahın insana dönməsini anlamadığı üçün.
    3 Bəziləri də deyir Allah insan ola bilər, bunu bacarar, lakin insana dönməyi Özünə layiq bilməz.
     
    Birincilərə deyirik ki, Öz dinlərini araşdırsınlar, hər yazılana kor-köranə inanmasınlar.
    İkincilərə məsləhətimiz odur ki, anlamadıqlar üçün Allaha dua etsinlər.Üçüncüncülərə demək istəyirik ki, Allah insandan da betərinə dönər bəşəriyyəti xilas etmək üçün.
    İsa həm Allahdı, həm Allahın Oğlu.Allahın Oğlu adlanır - insan olduğu üçün, Allahdı deyirik həm də Allah olduğu üçün.İsa Allahın insana çevrilən Kəlamıdı, Kəlam - Allah olduğu üçün Onu Allah adlandırırıq, Oğul adlandırırıq ona görə ki, O həm də insandır.Bəziləri də deyir İsa Allah olduğunu heç vaxt deməyib.Bəli, birbaşa deməyib, lakin Ondan soruşanda ki, Sən kimsən. O Özünü Allahın Musaya açdığı adla adlandırdı.Həvarilər də Onun Allah olduğu barədə şəhadət etdilər.Niyə İsa Özünün Allah olduğunu təbliğ etmədi? Ona görə ki, O bu məqsədlə dünyaya gəlməmişdi.Onun gəlişinin səbəbi bəşəriyyəti xilas etmək olub.İkinci gəlişi başqa cür olacaq, hamı Onun Önündə diz çökəcək.Bəziləri də deyir: "Əgər insanların günahlarından ötrü bir müqəddəsin ölməyi vacibiydisə bəs niyə Allah Musa kimi bir peyğəmbər gondərmədi, niyə Özü insan olub öldü?" Əziz dost, ona görə ki. Allah Qısqanc Allahdı, biz Öz Xilaskarımızı heç vaxt unutmayacağıq, Cənnətdə də, əbədi.Və belə bir möhtəşəm vəzifəni Qısqanc olan Allah kimə verərdi ki? Yekunda demək istəyirəm ki, İncili oxuyandan sonra Allahın insan olmasına zərrə qədər də şübhəm olmadı, çünki Allah o qədər sadə, mehriban, insansevədir ki, Onun insana dönməsi inanılmaz bir şey deyil.Unutmayın, YOL, HƏQİQƏT VƏ HƏYAT -  İSA MƏSİHDİR.Heç kimsə Onsuz Ata Allaha gedə bilməz!!!
    ***
    Elshad ben-ELshaday
    Elshad ben-ELshaday
    מקומי
    מקומי

    İsa Allahın Oğludur Azerba10
    Дата рег : 2011-07-13
    Сообщения : 7990
    Благодарности : 374
    Пол : Мужчина

    İsa Allahın Oğludur Empty Re: İsa Allahın Oğludur

    Сообщение автор Elshad ben-ELshaday Вс Апр 30, 2017 3:09 pm

    İsa Allahın Oğludur.
     
     Əziz həmyerlilərim, İsanın Allahın Oğlu olduğunu bilməyə-bilməyə təkzib etməyin, anlamağa çalışın.Heç kim sizə demir bu dəqiqə Xristianlığı qəbul edin, sadəcə İsanın Kim olduğunu araşdırın.Əlbətdə ki, O Allahın peyğəmbəridi deyəssəniz, yaxşı bəs sonra? Axı Onun Öz Sözünə görə O adi adam olmayıb.Heç bir peyğəmbər Onun işlətdiyi Sözləri işlətməyib.Məsələn O deyib ki, O göydən gəlib, və Onu Allahdan yaxşı heç kim tanımır.Müqəddəs Kitaba görə, Allah Ona daxilində can verib, və O, əzəldən, hələ dünya yaranmazdan əvvəl Allahla bir olub.Hansı peyğəmbər belə sözlər işlədib? Onu Sözünə görə O eyni vaxta hər yerdədi.İsa ruhani şəxsiyyətdi, insan olmazdan əvvəl O varıydı.Bu ucalığına və böyüklüyünə görə Ona Allah Oğlu deyildi, məgər bu küfr ola bilərmi? İslamda adi bir insan və peyğəmbər olan İbrahimə Allahın dostu deyildi, bu küfr sayılmadı, lakin dünya yaranmazdan əvvəl var olan İsa Allahın Oğludur deyiləndə, bunu küfr adlandırdılar...Bir müsəlman aliminin kitabında oxudum ki, deyir "İsa (ə) insan olub, axı necə insan Allahın Oğlu ola bilər?" Görürsünüzmü əziz dostlar? Bilmir.Biz demirik ki, Allah evlənib, və Onun Oğlu olub, HAŞA, SÜMAŞA! İsaya Allahın Oğludur deyildi - ucalığına görə, möhtəşəmliyinə görə, əzəldən var olduğuna görə, Allahın Surati və Cəlalı olduğuna görə, və bir çox yüksək keyfiyətinə görə.Yenə dəmi inanmıyassınız İsanın Allahın Oğlu olduğuna? Allah Onun Kim olduğunu sizə açsın.Ən əsası ürəkdə Onu tanımaq marağı və arzusu olmalıdır, əziz dostlar.Bir müsəlmana O həccdə göründü, ondan başqa bir çox müsəlamnlara O görünüb.Sizə də görünməyini arzulayıram.Allah köməyiniz olsun. Amen!

      Текущее время Вт Ноя 05, 2024 7:08 pm