Məsihin davamçısı Stefan.
Görəsən niyə insanlar əli insan qanına bulaşmış insanlarla fəxr edir, onlara aşiq olur, lakin təcavüzə məruz qalaraq düşmənlərini bağışlayan insanlara aşiq olmur? Məsələn İsa Məsihin davamçlarından olan Stefan kimilərinə? Onu şəhərdən kənara çıxarıb daşqalaq
etdilər və o üstünə yağan daşlar altında diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu…Hər bir şagird müəlliminə oxşayır, bizim müəllimiz olan İsa bizdən düşmənlərimizi bağışlamağımızı istədi, və biz zülm görürük, bağışlayırıq. Bəziləri bunu zəiflik kimi qəbul edir, amma biz güclü olduğumuzdan bağışlayırıq, və bu güc Allahdandır.İsa Məsihin saysız-hesabsız davamçıları öldürülüblər, lakin düşmənlərinə qılınc çəkməyiblər, onları bağışlayaraq dünyasını dəyişiblər, çünki Allah belə istəyir, düşmənlərini sev deyir.