Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    Dünyəvi dəb kimdəndi?

    Məsihın qulu
    Məsihın qulu
    עולה חדש
    עולה חדש

    Dünyəvi dəb kimdəndi? Ukrain10
    Дата рег : 2017-04-30
    Вера : mesihçi
    Сообщения : 24
    Благодарности : 1
    Пол : Мужчина

    Dünyəvi dəb kimdəndi? Empty Dünyəvi dəb kimdəndi?

    Сообщение автор Məsihın qulu Вс Апр 30, 2017 4:51 pm

    Dünyəvi dəb kimdəndi? E96bff_971ff33cd1d54a29bdf87775a812f2a7

    Dünyəvi dəb kimdəndi?
     
    İnsaniyyət artan zaman, təxminən 4000 il bundan əvvəl Allah-Taala bir xalq yaratdı və bu xalqı təkcə özü üçün deyil, bütün dünyaya örnək vermək üçün yaratdı.Bu xalqı da İsrail adlandırdı.Allah bu xalqa insan üçün lazım olan hər şeyi öyrədirdi.Və bu xalq vasitəsiylə də bütün dünya xalqları üçün dərslik hazırladı.Allahın xalqı Müqəddəs idi, lakin müqəddəslik günahsız olmaq deyil.Bu xalq Ona ibadət etdiyi üçün və onun xalqı olduğu üçün O bu xalqı müqəddəs adlandırdı.Tanrı Müqəddəsdi, və Tanrının xalqı da müqəddəs olmalı idi.Allah deyir müqəddəs olun, çünki Mən Müqəddəsəm.Mövzu dünyəvi dəb haqdadı.Tanrının xalqı çox şeydə başqa xalqlardan fərlənirdi.Geyimi ilə, əxlaqı və bir çox şeyləri ilə onlar bütün  dünya xalqlarından seçilirdi.Məsələn hindli qızların milli geyimi göbəyi açıq idisə, türkyut və xəzər qızları enli şalvar geyirdisə, İsaril qızları uzun don və ya xalat geyərdilər. İsrail kişiləri saçı uzun və saqqalı idisə, bütpərəst kişiləri isə, məsələn: misirlilər, romalılar, yunanlar, makedoniyalılar sasçlarını qısa, saqqallarını isə tamam qırxdırdılar.Qadın elə geyinməlidir ki, ona baxan kişi ehtiras hissi keçirməsin.Kişi də saqqal mütləq saxlamalı və saçını da boynunun sonuna kimi uzaltmalıdı.Tanrı insanı belə görmək istəyir.Saqqalı Tanrı insanın qırxması üçün deyil, saxlaması üçün yaradıb.Allahın demək olar ki, bütün peyğəmbərləri məhz belə görkəmdə olublar.Saqqal kişini kişi kimi göstərir, vüqarlı və nurani kimi göstərir.Kişi və qadının simasında mütləq fərq olmalıdır.Bəziləri deyə bilər indi nə saqqal, nə uzun saç? Belə  keçmişdə olublar.Amma elə bütpərəstlər məhz keçmişdən başlayaraq saç-saqqallarını qırxdırdılar, amma yəhudilər heç vaxt onların dəblərinə keçmədilər.Donuz - saç-saqqalını qırxdıran bütbərəstlərin obrazıdı, Zaman keçdi, peyğəmbərliklər sona çatdı.Və Tanrının xalqı, və onun vasitəsilə yaranan xristian cəmiyyətləri də dünyəvi dəbə keçdilər.Orta əsrlərdə ilk dəsə avropalı qadınlar sinəsi çox açıq donlara keçdilər, kişilər başlarına uzun parik qoyararaq özlərini şərəfsizləndirdilər.İndi demək olar ki, hətta imalılar belə dünyəvi dəbə görə geyinir.Avropalı qızlar orta əsrlərdə sinəsi açıq don geyirdilərsə, 20-ci əsrdən başlayaraq təkcə bununla kifayətlənməyərək qısa donlara da keçdilər.Min illər əvvəl, türkyut, xəzər qadınları enli şalvar geyirdilıərsə, indi dünya qadınlarının böyük əksəriyyəti dar şalvar geyir.keçmişdə hind qızları göbəyi açıq geyirdisə, indi Avropa və Amerika xalqlarının qadınları nəinki göbəyi açıq, hətta yayda şortik belə geyirlər.Demək ki, min illər ərzində günah artıq son həddə çatıb.Hər bir insanı Allah yaradanda onu təmiz yaradır, körpə günah nə olduğunu bilmir, uşaqlar böyüklərə nisbətən saf olur, nifrət, paxillıq nədir bilmir.Amma böyüdükcə onlar da başqalarına oxşayır.Bu ona görə belə oluir ki, günah etdikcə insan bir az da İblisdən asılı olur, günah İblisdəndi.İblis qaranlıqdı, insan günah etdikcə o qaranlıqda irəliləyir, və artıq işıq nədir bilmir.Və göründüyü kimi də insanların keçmişdəki geyimləri indiki kimi biabırçı olmayıb.Xalqlar əslərlə günah etdikcə  İblisə bir az da tutulur.İblisin zövqünə uyğun geyinir.Dünyəvi dəb İblisdəndi.İblis Allahın tam əksidi.iblis istəmir ki, insanlar Allahın iradəsinə və istəyinə uyğun geyinsinlər.Günahkar insan Allahın zövqünə uyğun geyinə bilmir, çünki o günah etdikcə İblis onun hisslərini öldürür, zövqünü də özünə uyğun edir.Amma bir insan tövbə edərək Allaha sığınsa və salehliyi seçsə, Allah da onun ölmüş hisslərini bərpa edir.Vicdanı yoxdursa vicdanını bərpa edir, həyası yoxsa həya verir, açıq-saçıqlığı əvvəllər sevirdisə, artıq ona nifrət edir.Dünyəvi insanların əksəriyyəti saqqala nifrət edir, saqqalı onun nəzərində çirkindi, amma saleh insanın nəzərində bu tamam fərqlidi, bu ona gör belədir ki, saleh insan dünyaya Rəbbin gözü ilə baxır, dünyəvi insan isə İblisin gözü ilə.Əziz inan, sən də dünyəvı dəbə görə geyinənlərdənsənmi? Bil ki, Tanrının nəzərində bu pisdir.Allah sənin zövqünü Öz iradəsinə uyğun hər an dəyişdirə bilər.Və o sənni çox sevir, Tanrıya yaxınlaş, və səndə İblisin istəyin uyğun olan hər şey dağılacaq.İblis həmişə Allahdan qaçır.Xilaskar, Rəbbin Oğlu, Behiştə Əbədi hökmdarımız olan İsa Məsihin Adıyla.Amin!!!

      Текущее время Вт Ноя 05, 2024 10:26 pm