Интересный форум для изучения Библии, о Христианстве, обсуждения Писании, христианские проповеди, фильмы, музыка, свидетельства бывших мусульман, христиан, истина об Исламе, общения с мусулманами


    40 şahid peyğəmbər və Məhəmməd

    Mehebbet
    Mehebbet
    עולה חדש
    עולה חדש

    40 şahid peyğəmbər və Məhəmməd Finlan10
    Дата рег : 2017-05-01
    Вера : İsa Mesihe
    Сообщения : 17
    Благодарности : 1
    Пол : Мужчина

    40 şahid peyğəmbər və Məhəmməd Empty 40 şahid peyğəmbər və Məhəmməd

    Сообщение автор Mehebbet Пн Май 01, 2017 9:45 am

    40 şahid peyğəmbər və Məhəmməd E96bff_6e16fa0d67f24150877119b3262d24ab40 şahid peyğəmbər və Məhəmməd E96bff_9c78acdffa8144e49d4588a61bddce5540 şahid peyğəmbər və Məhəmməd E96bff_2dd1cb505f0346e5b01f4108d1c1e2dd
    40 şahid peyğəmbər və Məhəmməd.



    Hər bir dinin Müqəddəs Kitabı olur, Qanun Kitabı, Xristianlığın Mqüəddəs Kitabı Bibliyadır ki, İslam aləmində bu kitab Tövrat, Zəbur və İncil adı ilə tanınır, lakin bu üç kitabdan ibarət deyil, Bibliyaya 77 kitab daxildi, amma bəzi Xristian cəmiyyətləri 77 kitabın 66-sının Allahdan ilham aldığına inanır, nə isə söhbət ondan getmir..
    Bizim Müqəddəs Kitabın ilk 50 kitabı Köhnə Əhd, sonrakı 27 kitabı İsə Yeni Əhd adlanır ki, bu da İncildir, İncil  - Xoş Xəbər deməkdir.Yeni Əhdin 50 kitabı 1600 il ərzində yazılıb, və bu kitabların demək olar ki, hamısında İsa Məsih haqqında peyğəmbərlik sözləri yazılıb, Onun haqqında yazılıb ki, O gələcək, bütün günahkarların günahları uğrunda öləcək və diriləcək, və Onu Xilaskarı kimi qəbul edən hər kəsi Cənnətə götürəcək.Ümumiyyətlə Köhnə Əhdin kitablarında 400 -ə yaxın İsa haqqında öncədemələr var, demək olar ki, bütün peyğəmbərlər Onun haqqında şəhadət ediblər.Və O gəldi (Haleluiya) və Özü haqqında yazılan bütün peyğəmbərlik sözlərini gerçəkləşdirdi (Amen), Təlim yaratdı, öldü, dirildi, və Öz şagirdlərini bütün dünyaya göndərdi və bütün xalqları Öz Müqəddəs Təliminə dəvət etdi.Və yalnız bu Təlimə malk olanların Cəhənnəm əzabından xilas olacağını deyib göyə qalxdı, və gələcəkdə gələcəyini də bildirdi, lakin Onun gələcəyi vaxtı Allahdan başqa heç kim bilmir.
    Əzizlərim, İsanın 1 Allahın Oğlu olması, 2 Xilaskar olması, 3 Ölümü və dirimi haqda, 4 Allahla insanlar arasında Tək Vasitəçi olması barədə 40 peyğəmbər və həvari, və Onun Ölümünü və dirilməsini görən 500 insan şəhadət edir! Əslində şahidlər çoxdu, bütün peyğəmbərlər, hətta Onun haqda kitab yazan o dövrün roma və yunan yazıçıları da şəhadət edir.Bəli! Biz böyük şəhadətə malikik! Biz də görmədən şəhadət edirik, ki İsa Allahın Oğludur!
    Xristianlıqdan 600 il sonra İslam yarandı, və İslam dinin peyğəmbəri Məhəmməd yuxarıda sadaladığım bütün peyğəmbərlərin, şahidlərin şəhadətini rədd etdi, və dedi ki, İsa nə Allahın Oğludur, nə Xilaskardı, nə ölüb, nə dirilib, nə də Allaha gedən yeganə yoldur, və həm də dedi ki, Tövrat, İncil ümumiyyətlə Bibliyanın kitabları təhrif edilib.Və ona da Vəhyin mələk Cəbrayı vasitəsilə Allahdan gəldiyini bildirib, lakin bu mələyi ondan başqa heç kim görməyib.Demək ki, o heç bir şahidə də malik deyil! İslamın müqəddəs kitabı Quran Bibliyanın içində yazılan saysız-hesabsız Allah və ya peyğəmbər Kəlamlarını yalanlayır.
    Biz Bibliyanın kitablarının təhrif edilməsinə inamırıq, çünki, Allah bizə o kitabları təhrifatdan qoruyacağına dair Söz verib.Bundan əlavə əslində o kitabların 77 -sinin də dəyişdirilməsinə inamaq axmaqlıq olardı, çünki bu fantastikdi, hələ Allahın kitablarında başqa mən heç dünyəvi yazıçıların kitablarını demirəm.
    Əziz insan, adətən müsəlmanlar Tövratın İncilin dəyişdirildiyini deyəndə, mən həmin adamlara 3 sual verirəm, soruşuram ki; 1 o kitabları kim dəyişib? 2 harda dəyişib? və 3 hansı əsrdə dəyişib? Və hələ görməmişəm ki, bir müsəlman bu suallara cavab versin.Bəziləri deyir ki, 4 cü, 5-ci əsrdə, lakin bu yanlış fikirdi, çünki arxeoloji qazıntılar nəticəsində Bibliyanın hətta eramızdan əvvəl yazılmış kitabları tapılıb, bə onlar dövrümüzdəki kitabla 100 % eynidir! Dəyişiklik yoxdu!
    Əziz insan, dövrümüzdə bir kitabı, məsələn götürək hansısa bir yazıçının kitabını, dünyada məhşur olan "Rabinzon Kruzo"nu, dəyişmək üçün, mütləq onu bütün dünyada toplamaq, məhv etmək, dəyişdirib yenidən dünyaya yaymaq lazımdır.Sizcə belə bir şey etmək mümkündürmü? Bütün kitabları toplamaq mümkünmü? Bibliyanın dəyişmək üçün də belə vasitəyə əl atılmalı idi, lakin belə bir şey tarixdə eşidilmiyib.
    Həm də əgər 77 kitabı bir-bir dəyişdiriblərsə bəs niyə Allah sonraki kitablarda kitabın hansı yerlərini təhrif edildiyini deməyib? Heç bir məsihçi Bibliyanın təhrif edildiyənə inamır, və bu şəri Bibliyaya atdığına görə nə İslamın Allahdan olmasına, nə Məhəmmədin Allahın peyğəmbəri olmasına, nə Məhəmmədə görünən mələyin Cəbrayıl olmasına inanır.
    Bəli müsəlmanlar deyir Quranda bir çox elmi möcüzələr var, yerdə göydə Allahın əlamətləri görünür, məsələn səmada Allah sözü, pamidorda, badımcanda, insan və heyvan dəridsində Allah sözü yazıları peyda olur.Lakin biz məsihçilər bütün bu möcüzələrinn Allahdan olmasına inanmır və onu rədd edirik! Çünki İslamdan 600 il əvvəl Allah bizi İncildə xəbardarlıq edib demişdir ki, bir çox yalançı peyğəbərlərlər olacaq, və böyük möcüzələr göstərərək çox insanları aldadacaq.İblis nə vaxtsa Allahın yanında baş mələk olub, və Allahın etdiyi bir çox şeylərə o qadirdi, Müqəddəs Kitabda bu barədə yazılıbdır.
    İndi isə sən əziz insan, o insana müraciət edirəm ki, hər şeyə kor-koranə inanmır, düşün, İsa barəsində şəhadət edən 40 şahidin şəhadətimi güclüdüdür, yoxsa ki, bir adi  insan olan Məhəmmədinmı?

      Текущее время Вт Июл 02, 2024 7:45 am